İmam Səccad (ə)
İmam Səccad (ə)
Hüseyn ibn Əlidən (ə) sonrakı imam onun oğlu Əbu Məhəmməd Əli ibn Hüseyn Zeynülabidin (ə) idi. Onun digər künyəsi də Əbu Həsəndir. Onun anası qadınların şahı, İran padşahı Yezdəgirdin qızıdır. Bəzi tarixçilər o xanımın adının “Şəhribanu” olduğunu deyirlər. Onun dastanı bu cürdür: Möminlərin əmiri Əli (ə) məşriqin bir hissəsinin hakimiyyətini Hüreys ibn Cabir Hənəfiyə tapşırdı. Sonra Hüreys Yezdəgirdin qızlarından ikisini o Həzrət üçün göndərdi. O, qadınlar şahını (Şəhribanunu) oğlu Hüseynə (ə) bağışladı və o qadın da Hüseyn (ə) üçün Həzrət Zeynülabidini (ə) dünyaya gətirdi. Möminlərin əmiri Əli (ə) Yezdəgirdin o biri qızını da Məhəmməd ibn Əbu Bəkrə bağışladı və o qadın da Qasim ibn Muhəmməd ibn Əbu Bəkri dünyaya gətirdi. Qasim və Əli ibn Hüseyn (ə) xalaoğlu idilər.
Əli ibn Hüseyn (ə) hicrətin 38-ci ilində Mədinə şəhərində dünyaya gəlib. Ömrünün iki ili babası - Möminlərin əmiri Əli (ə), on ili əmisi - Həsən (ə) və on bir ili də atası - Hüseynin (ə) dövrünə təsadüf etmişdir. O, atasından sonra otuz dörd il həyatda oldu və hicrətin 95-ci ilində Mədinə şəhərində dünyasını dəyişdi. Həmin vaxt onun şərəfli ömründən əlli yeddi il keçmişdi.[1]
İmam Əli ibn Hüseynin (İmam Səccadın) övladları, onların adları və sayları haqqında qısa məlumat
Əli ibn Hüseynin (ə) on beş övladı olub:
1. Məhəmməd - Onun künyəsi Əbu Cəfər Baqir (ə) idi, anası olan Ümmü
Abdullah, Həsən ibn Əli ibn Əbu Talibin (ə) qızıdır;
2. Abdullah;
3. Həsən;
4. Hüseyn;
5. Zeyd;
6. Ömər;
7. Hüseyn Əsğər;
8. Əbdürrəhman;
9. Süleyman;
10. Əli - o Həzrətin ən kiçik övladı idi;
11. Xədicə;
12. Muhəmməd Əsğər;
13. Fatimə;
14. İlliyyə;
15. Ümmü-Külsüm.
Bu övladların da anası Ümmü Vələddir.[2]
İmam Əli ibn Hüseynin həyatı haqqında hədislər
1 - Həsən ibn Məhəmməd ibn Yəhya (öz sənədi ilə) Abdullah ibn Musanın babasından belə rəvayət edir: “Anam - Hüseynin (ə) qızı Fatimə mənə dayım Əli ibn Hüseynlə (ə) oturub-durmağı tapşırdı. Mən birlikdə oturanda ondan faydalanmadan ayağa qalxmazdım. Məndə ya Allah qorxusu yaranardı ki, onda gördüyüm Allahın qorxusundan idi, ya da onun elmindən istifadə edərdim (xülasə budur ki, heç vaxt onun yanından faydalanmadan qalxmazdım)”.
أخبرني أبو محمد الحسن بن محمد العلوي، عن جده، عن محمد بن ميمون البزاز قال: حدثنا سفيان بن عيينة، عن ابن شهاب الزهري قال: حدثنا علي بن الحسين عليهما السلام - وكان أفضل هاشمي أدركناه - قال: أحبونا حب الاسلام، فما زال حبكم لنا حتى صار شينا علينا
2 - Həsən ibn Məhəmməd Ələvi (öz sənədi ilə) Zühridən belə nəql edir: “Əli ibn Hüseyn (o bizim Bəni-Haşimdən gördüyümüz ən yaxşı insan idi) mənə hədis dedi və belə buyurdu: “Bizi İslamdakı məhəbbətə görə sevin. Sizin həmişə bizə məhəbbətiniz var. Hətta bu məhəbbət bizim əleyhimizə çevrilib çirkinləşə də bilər (və bizim üçün artıq ziyanı ola bilər” - bəlkə də, burada İmamın (ə) məqsədi belədir: “Gərək bizə olan məhəbbətinizdə həddi aşmayasınız və yalnız İslam prinsiplərinə uyğun olan hədlə kifayətlənəsiniz)”.
وروى أبو معمر، عن عبد العزيز بن أبي حازم قال: سمعت أبي يقول: ما رأيت هاشميا أفضل من علي بن الحسين عليهما السلام
3 - Əbu Müəmmər Əbdüləziz ibn Əbu Hazimdən belə nəql edir: “Atamın belə dediyini eşitdim: “Bəni-Haşimin arasında Əli ibn Hüseyn (ə) kimi üstün adam görmədim”.
أخبرني أبو محمد الحسن بن محمد بن يحيى قال: حدثني جدي قال: حدثني أبو محمد الأنصاري قال: حدثني محمد بن ميمون البزاز قال: حدثنا الحسين بن علوان، عن أبي علي زياد بن رستم، عن سعيد ابن كلثوم قال: كنت عند الصادق جعفر بن محمد عليهما السلام فذكر أمير المؤمنين علي بن أبي طالب عليه السلام فأطراه ومدحه بما هو أهله، ثم قال: " والله ما أكل علي بن أبي طالب عليه السلام من الدنيا حراما قط حتى مضى لسبيله، وما عرض له أمران قط هما لله رضى إلا أخذ بأشدهما عليه في دينه، وما نزلت برسول الله صلى الله عليه وآله نازلة إلا دعاه فقدمه ثقة به، وما أطاق عمل رسول الله من هذه الأمة غيره، وإن كان ليعمل عمل رجل كأن وجهه بين الجنة والنار، يرجو ثواب هذه ويخاف عقاب هذه، ولقد أعتق من ماله ألف مملوك في طلب وجه الله والنجاة من النار مما كد بيديه ورشح منه جبينه، وإن كان ليقوت أهله بالزيت والخل والعجوة، وما كان لباسه إلا الكرابيس، إذا فضل شئ عن يده من كمه دعا بالجلم فقصه، وما أشبهه من ولده ولا أهل بيته أحد أقرب شبها به في لباسه وفقهه من علي بن الحسين عليهما السلام. ولقد دخل أبو جعفر - ابنه - عليهما السلام عليه فإذا هو قد بلغ من العبادة ما لم يبلغه أحد، فرآه قد اصفر لونه من السهر، ورمصت عيناه من البكاء، ودبرت جبهته وانخرم أنفه من السجود، وورمت ساقاه وقدماه من القيام في الصلاة، فقال أبو جعفر عليه السلام: " فلم أملك حين رأيته بتلك الحال البكاء، فبكيت رحمة له وإذا هو يفكر، فالتفت إلي بعد هنيهة من دخولي فقال: يا بني، أعطني بعض تلك الصحف التي فيها عبادة علي بن أبي طالب عليه السلام، فأعطيته، فقرأ فيها شيئا يسيرا ثم تركها من يده تضجرا وقال: من يقوى على عبادة علي عليه السلام "
4 - Həsən ibn Məhəmməd ibn Yəhya (öz sənədi ilə) Səid ibn Külsümdən belə rəvayət edir: “İmam Sadiqin (ə) hüzuruna getdim. Möminlərin əmiri Əli ibn Əbu Talibin (ə) adı gələndə İmam Sadiq (ə) onu çox təriflədi və şəninə layiq olan sözlərlə mədh edib belə buyurdu: “Allaha and olsun ki, Əli ibn Əbu Talib (ə) (elə bir kəs idi ki,) dünyasını dəyişənə qədər heç vaxt haram bir şey yemədi. Ona Allahın razılığı yolunda iki işdən birini təklif edəndə, onların ən çətinini öhdəsinə götürərdi. Həzrət Peyğəmbərə (s) xoşagəlməz və kədərli bir hadisə üz versəydi, onu aradan qaldırmaq üçün Əlini (ə) tələb
edərdi. Bu ona olan etimada görə idi. O Həzrətdən başqa bu ümmətdən heç kəsin Peyğəmbərin (ə) əməlini yerinə yetirməyə dözümü yoxdur. Onun əməli özünü sanki cənnətlə cəhənnəmin arasında görüb, öz savabına ümidvar və əzabından qorxan insanın əməli kimi idi. Həqiqətən o, cəhənnəmdən (qorxub) qurtulmaq üçün öz pulu ilə min (nəfər) kölə alıb azad etdi. O, bu pulları öz əlinin zəhməti və alnının təri ilə qazanmışdı. Bununla belə, o öz ailəsinin, arvad-uşağının yeməyini zeytun, sirkə və xurmadan etmişdi (yəni çox sadə bir yeməklə onları idarə edir və ondan qalan artığı da bu yolda xərcləyirdi). Onun paltarı pambıq sapından toxunulmuş parçadan idi və qolları əlindən uzun gələndə, qayçı ilə onu kəsərdi. Ailəsi, övladları arasında ona elmi və
geyimində Əli ibn Hüseyn (ə) kimi bənzəyəni yox idi. Oğlu Əbu Cəfər Baqir (ə) onun yanına gəldi və atasının ibadətdə o yerə çatdığını gördü ki, heç kəs o halda olmamışdı. Onu görəndə gecə oyaq qaldığı üçün rəngi saralmış, çox ağlamaqdan gözləri yara olmuş, alnı və burnu səcdələrin çoxluğundan qabar olmuş, namaz qılmaq üçün ayaq üstə çox dayandığına görə ayaqları və baldırı şişmişdi. Əbu Cəfər Baqir (ə) buyurdu: “Atamı bu halda görəndə özümü saxlaya bilmədim və ürəyim yandığı üçün onun halına ağladım. O həmin halda fikrə qərq olmuşdu. Ora getməyimdən bir az keçəndən sonra üzünü mənə çevirib buyurdu: “Ey oğlum! Əli ibn Əbu Talibin (ə) ibadətlərinin yazıldığı
kitabı mənə ver”. Mən kitabı verdim. O bir az oxuduqdan sonra kədərli halda onu yerə qoyub belə buyurdu: “Kimin Əli (ə) kimi ibadət etməyə güc və qüvvəti çatar?!”
وروى محمد بن الحسين قال: حدثنا عبد الله بن محمد القرشي قال: كان علي بن الحسين عليهما السلام إذا توضأ اصفر لونه، فيقول له أهله: ما هذا الذي يغشاك؟! فيقول: " أتدرون لمن أتأهب للقيام بين يديه
5 – Məhəmməd ibn Hüseyn Abdullah ibn Məhəmməd Qurəşidən belə rəvayət edir: “Əli ibn Hüseyn (ə) (namaz üçün) dəstəmaz alanda rəngi saralırdı. Yaxınları ondan soruşdular: “Bu nə haldır ki sizdə baş verir?” İmam (ə) buyurdu: “Heç qarşısında durmağa hazırlaşdığım kəsin kim olduğunu bilirsiniz?”
وروى عمرو بن شمر، عن جابر الجعفي، عن أبي جعفر عليه السلام قال: " كان علي بن الحسين عليهما السلام يصلي في اليوم والليلة ألف ركعة، وكانت الريح تميله بمنزلة السنبلة
6 - Əmr ibn Şimr Cabir Cufidən İmam Baqirin (ə) belə buyurduğunu nəql edir: “Əli ibn Hüseyn (ə) hər gecə min rəkət namaz qılar və (namaz zamanı) külək buğda sünbülünü o tərəf, bu tərəfə apardığı kimi olardı”.
وروى سفيان الثوري، عن عبيد الله بن عبد الرحمن بن موهب قال: ذكر لعلي بن الحسين فضله فقال: " حسبنا أن نكون من صالحي قومنا
7 - Süfyan Suri Übeydullah ibn Əbdürrəhmandan belə nəql edir: “Əli ibn Hüseynin (ə) yanında onun öz fəzilətindən söz açıldı. O Həzrət belə buyurdu: “Bizə öz qövmümüzün saleh bəndələrindən olmağımız bəs edir”.
أخبرني أبو محمد الحسن بن محمد، عن جده، عن سلمة بن شبيب، عن عبيد الله بن محمد التيمي قال: سمعت شيخا من عبد القيس يقول: قال طاووس: دخلت الحجر في الليل، فإذا علي بن الحسين عليهما السلام قد دخل فقام يصلي، فصلى ما شاء الله ثم سجد، قال: فقلت: رجل صالح من أهل بيت الخير، لأستمعن إلى دعائه، فسمعته يقول في سجوده: " عبيدك بفنائك، مسكينك بفنائك، فقيرك بفنائك، سائلك بفنائك ". قال طاووس: فما دعوت بهن في كرب إلا فرج عني
8 - Həsən ibn Məhəmməd mənə (öz sənədi ilə) Tavus Yəmanidən belə bir hədis nəql etdi: “Bir gecə (Məscidül-həramda) Hicri-İsmailə daxil oldum və Əli ibn Hüseynin (ə) də ora gəldiyini gördüm. Sonra o, namaza durdu. Çox namaz qıldı və daha sonra səcdəyə getdi”. Mən öz-özümə dedim: “Bu, yaxşı ailədən olan yaxşı bir kişidir. Gərək onun duasına qulaq asım (və həmin duanı öyrənim)”. Sonra onun səcdədə belə dediyini eşitdim: “Sənin qapına kiçik bəndən gəlib. Sənin qapına miskin bəndən gəlib. Sənin qapına yoxsul bəndən gəlib. Sənin qapına sail bəndən gəlib”.
Tavus deyir: “Elə çətinlik və qəm-qüssə yoxdur ki, mən həmin duanı oxuyanda həll olmasın”.
أخبرني أبو محمد الحسن بن محمد، عن جده، عن أحمد بن محمد الرافعي، عن إبراهيم بن علي، عن أبيه قال: حججت مع علي بن الحسين عليه السلام فالتاثت عليه الناقة في سيرها، فأشار إليها بالقضيب ثم قال: " آه! لولا القصاص " ورد يده عنها
9 - Həmçinin o mənim üçün (öz sənədi ilə) İbrahim ibn Əlidən, o da öz atasından belə rəvayət edib: “Həzrət Əli ibn Hüseynlə (ə) həcc əməllərini yerinə yetirdim. Sonra (yolda) dəvənin hərəkəti ləngidi. O Həzrət əlindəki ağacla dəvəyə işarə edib buyurdu: “Ah! Əgər qisas olmasaydı (səni vurardım)!” Sonra əlini həmin dəvədən geri çəkdi”.
وبهذا الاسناد قال: حج علي بن الحسين عليهما السلام ماشيا، فسار عشرين يوما من المدينة إلى مكة
10 – O həmin sənəd əsasında belə nəql edir: “Əli ibn Hüseyn (ə) həcc əməllərini piyada yerinə yetirirdi. O, Məkkədən Mədinəyə iyirmi gün yol getdi”.[3]
Qeyd olunmuş məlumatlar Şeyx Mufidin Azərbaycan dilinə tərcümə olunmuş “əl-İrşad” kitabından götürülmüşdür.
Hadis.az
Copyright 2025 Hadis.Az