Cavab
Sual
Cavab
Aleykum salam.
Nəzərinizə çatdırmaq istərdik ki, saytımızın kitabxana bölməsində olan kitablar həmin kitabların tam tərcüməsi deyil. Yəni istifadəçilər həmin kitablara daxil olduqda o kitabın bütün hədisləri ilə tərcümə olunmuş şəkildə qarşılaşmayacaqlar. Bu bölmədə yerləşdirilmiş PDF formatında olmayan elektron kitablar saytımızın bazasına həmin kitabların orijinalından əlavə etdiyimiz müxtəlif hədislər əsasında yığılan kitablardır. İstifadəçilər oxumaq üçün daxil olduqları kitabda yalnız bizim həmin kitabdan tərcümə etdiyimiz hədisləri oxuya biləcəklər.
Sayt ilkin və sınaq mərhələsində olduğu üçün bir çox məlumatlar, o cümlədən kitabxana bölməsində tərəfimizdən tərcümə olunmuş hədislər tədricən yerləşdiriləcək. Qeyd edək ki, çap edilmiş və ya ümumi nəşr üçün hazırlanmış kitablar da gələcəkdə PDF formatında istifadəçilərə təqdim olunacaq.
Buna görə də kitablarda olan hədislər tədricən və tərcümə olunduqca kitabxana bölməsində yerləşdiriləcək. Eynilə zaman keçdikcə "ravilər", "dualar" və s. kimi bölmələr də məlumat baxımından zənginləşdiriləcək.
Copyright 2025 Hadis.Az