Cavab

Sual

Şiə və Sünnə məzhəbində haqqında ixtilaf edilən ravinin hədisi höccətdir?

Cavab

Burada ixtilafın nə barədə olması və ravinin güvənilən biri olub-olmaması barədə dəlilin nə qədər mötəbər sayılması əhəmiyyətlidir. Çünki ravinin sözünün höccət olması üçün ən əsas şərt onun doğru danışan və yalandan uzaq biri olmasıdır. Bunu isə mötəbər dəlillərlə isbat etməliyik. Bu barədə olan ən əsas dəlillərdən biri şəxs barədə məsumdan (s) onu tərifləyən və ya yalandan uzaq biri olmasına dəlalət edən bir hədisin gəlməsi, digəri isə ravilər barədə danışan rical elmi mütəxəssisləri tərəfindən onun siqə olması barədə şəhadətin olmasıdır. Hər iki dəlil isə mötəbər olmalıdır. Buna görə də əhli-sünnə mənbələrində ravi barədə nəql olunmuş hədisin hər hansısa bir etibarı olmayacaq. Çünki o kitabların müəllifləri və ravilərinin bir çoxu bizim üçün etibar olunacaq şəxslərdən hesab olunmur.

Əhli-sünnə rical alimlərinin hər hansı bir ravi barədə onun yalandan uzaq olması üçün verdiyi şəhadət də bizə görə mötəbər sayılmır. Çünki ilk öncə həmin ravilər barədə fikir bildirən əhli-sünnə rical alimlərinin özlərinin yalandan uzaq biri olmaları isbat olunmalıdır. Bu da adətən isbat oluna bilmir.