Cavab
Sual
Cavab
Aleykum salam.
Məhəmməd ibn Həsən ibn Əhməd ibn Vəlid Məhəmməd ibn Yəhya əl-Əttardan, o, Əbu Səid Səhl ibn Ziyad əl-Adəmidən, o, Həsən ibn Hüseyn əl-Luluidən, o, Əli ibn Həfs əl-Əbsidən, o, Səlt ibn Əladan, o da Əbülhəzəvvər vasitəsilə İmam Baqirdən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:
“İnsanlar müxtəlif ağaclardan yaradılmışdır. Mən və Əbu Talibin oğlu (Əli) isə eyni ağacdan yaradılmışıq. Mənim köküm Əli, budağım isə Cəfərdir” (Mənbə: Şeyx Səduq, Xisal, c. 1, səh. 21).
Məhəmməd ibn Həsən ibn Əhməd ibn Vəlid – Şeyx Səduqun ustadıdır. Siqədir.
Məhəmməd ibn Yəhya əl-Əttar – Siqədir.
Əbu Səid Səhl ibn Ziyad əl-Adəmi – Barəsində ixtilaf var. Bir çox qədim rical alimləri onu zəif bilmiş, Şeyx Tusi rical kitabında onun siqə olduğunu desə də, “Fehrest” kitabında onu zəif ravilərdən hesab etmişdir. Lakin bir qrup mütəəxxir alimlər onu siqə bilmiş, onun zəif hesab edilməsini isə qülüvv barədə olan ixtilafın nəticəsi olduğunu qeyd etmişlər.
Həsən ibn Hüseyn əl-Lului – Şeyx Nəcaşi onun siqə olduğunu bildirib. Lakin Şeyx Tusi Şeyx Səduqun onu zəif bildiyini qeyd edir.
Əli ibn Hafs əl-Əbsi – Məchul.
Səlt ibn Əla – Məchul.
Əbu Həzəvər – Məchul.
Nəticə: Hədis sənəd baxımından zəifdir. Lakin bu məzmunda həm şiə, həm də sünni mənbələrində müxtəlif hədislər gəlmişdir. Mümkündür ki, onların cəmindən hədisin Peyğəmbərdən (s) sadir olmasına əminlik yaranmış olsun.
Qeyd etdiyiniz mənada müəyyən hədislər mövcuddur. Lakin onların mənası təvil olunmalı və o hədislərdən İmam Əlinin (ə) Peyğəmbərdən (s) üstün olması anlaşılmamalıdır. Çünki əqidəmizə görə Peyğəmbər (s) İmam Əlidən (ə) üstündür.
Hadis.az
Copyright 2025 Hadis.Az