“Bizə (Əhli-beytə) zülm etmiş düşmənlərimizin kafir olmasına şəkk edən şəxsin özü kafirdir”.
Əl-Etiqadat səhifə-104
Məsum
Həzrət Məhəmməd (s)
Ravi
-
“Məndən sonra 12 imam olacaq. Birincisi Əmirəlmöminin (ə), sonuncusu isə Qaimdir (Mehdidir). Onlara itaət mənə itaət etməkdir. Onlara qarşı itaətsizlik etmək (müxalif olmaq) mənə qarşı itaətsizlikdir. Kim onlardan birini inkar etsə, məni inkar etmişdir”.
Əl-Etiqadat səhifə-104
Məsum
Həzrət Məhəmməd (s)
Ravi
-
Məhəmməd peyğəmbər (s) İmam Əliyə (ə) buyurdu: “Ey Əli, qiyamət günü olduqda mən, sən və Cəbrail siratın üzərində oturacağıq. Siratın üzərində yalnız özü ilə bərabər sənin (Əlinin) vilayətin haqqında bəraəti (qurtuluşu) olan dayana biləcək”.
Əl-Etiqadat səhifə-189
Məsum
Həzrət Məhəmməd (s)
Ravi
-
Məhəmməd peyğəmbər (s) buyurub: “Mən Cəbraildən, Mikaildən, İsrafildən və bütün müqərrəb mələklərdən və ərşi daşıyanlardan (mələklərdən) daha üstünəm. Mən yaxşıların xeyirlisi və Adəm övladlarının seyidiyəm”.
Əl-Etiqadat səhifə-275
Məsum
Həzrət Məhəmməd (s)
Ravi
-
Peyğəmbər (s) İmam Əliyə (ə) belə buyurdu: “Ey Əli, hər kim səni təhqir edərsə, məni təhqir edib və hər kim məni təhqir edərsə, Allahı təhqir edibdir”.