Əmali (Şeyx Səduq)

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Məhəmməd peyğəmbər (s) buyurub: “Allah yanında iki damladan daha əziz bir damla yoxdur: Allah yolunda axıdılan (şəhidin) qan damlası və qaranlıq gecədə Allah qorxusundan axıdılan göz yaşı damlası”.
Əmali (Şeyx Səduq) səhifə-11

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Məhəmməd peyğəmbər (s) buyurub: “Əlinin (ə) bu ümmət üzərində olan haqqı atanın övladı üzərində olan haqqı kimidir”.
Əmali (Şeyx Səduq) səhifə-54

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

“Əlinin bu ümmət üzərində olan haqqı atanın övladı üzərində olan haqqı kimidir”.
Əmali (Şeyx Səduq) səhifə-54

Məsum

İmam Baqir (ə)

Ravi

-

“Kim rəcəb ayında 7 gün oruc tutsa, cəhənnəmin 7 qapısı onun üzünə bağlı olar. Kim (rəcəb ayında) 8 gün oruc tutsa, cənnətin 8 qapısı onun üzünə açıq olar. İstədiyi qapıdan cənnətə daxil olar”.
Əmali (Şeyx Səduq) səhifə-54

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Məhəmməd peyğəmbər (s) buyurub: “Əli ibn Əbu Talib (ə) bəşərin ən xeyirlisidir. Bunu inkar edən kafirdir”.
Əmali (Şeyx Səduq) səhifə-76

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Məhəmməd Peyğəmbər (s) buyurub: “Cəbrail Rəbbim tərəfindən gəlib mənə belə dedi: “Ey Məhəmməd, Allah-taala sənə salam deyir və buyurur: “Qardaşın Əliyə onu sevənlərə əzab verməyəcəyimi və onunla düşmənçilik edənə rəhm etməyəcəyimi müjdə ver”.
Əmali (Şeyx Səduq) səhifə-93

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Peyğəmbər (s) ağlayaraq Həzrət Əliyə (ə) belə buyurdu: “Elə bil, öz gözlərimlə görürəm ki, sən Rəbbinə namaz qıldığın halda əvvəlki və sonrakı bütün insanların ən bədbəxti, Səmud qövmünün dəvəsini kəsən şəxsin qardaşı sənin başından bir zərbə endirir və sənin saqqalını başının qanına bulayır”.
Əmali (Şeyx Səduq) səhifə-96

Məsum

İmam Əli (ə)

Ravi

-

İmam Əli (ə) buyurub: “Ey Allahın qulları, oruc tutan kişi və qadınların ən az mükafatı bu olar ki, ramazan ayının axırıncı günü bir mələk onlara nida edərək belə deyər: “Ey Allahın bəndələri, sevinin, artıq Allah sizin keçmiş günahlarınızı bağışladı. Yenidən edəcəyiniz əməllər barədə diqqətli olun”.
Əmali (Şeyx Səduq) səhifə-100

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Məhəmməd peyğəmbər (s) buyurub: “Fatimə (s) Əhli-beytimdən mənə qovuşacaq ilk şəxs olacaq. Mənim yanıma hüznlü, kədərli, qəm-qüssəli, haqqı qəsb olunmuş və şəhid edilmiş halda gələcək”.
Əmali (Şeyx Səduq) cild 1 səhifə-112

Məsum

İmam Həsən (ə)

Ravi

-

İmam Həsən (ə) İmam Hüseynə (ə) xitab edərək buyurdu: “Sənin günün kimi (müsibətli) heç bir gün yoxdur”.
Əmali (Şeyx Səduq) səhifə-116

Məsum

İmam Rza (ə)

Ravi

-

İmam Rza (ə) buyurub: “Həqiqətən, Hüseynin (ə) günündə (Aşura günü ağlamaqdan) bizim göz qapaqlarımız yara oldu”.
Əmali (Şeyx Səduq) cild 1 səhifə-128

Məsum

İmam Rza (ə)

Ravi

-

İmam Rza (ə) buyurub: “Cənnətdə bizimlə bərabər uca məqamlarda olmaq istəyirsənsə, bizim kədərimizə sən də kədərlən, bizim sevincimizə sən də sevin”.
Əmali (Şeyx Səduq) səhifə-130