İləluş-şərai

Məsum

İmam Baqir (ə)

Ravi

-

Həriz ibn Abdullah Sicistani İmam Məhəmməd Baqirin (ə) Allah-taalanın “Və dedilər: “Öz məbudlarınızı tərk etməyin: Vəddi, Suvanı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!” kəlamı barədə belə buyurduğunu nəql etmişdir: “Onlar (Nuh (ə) peyğəmbərin zamanında) izzət və cəlal sahibi olan Allaha ibadət edirdilər. Sonra öldülər və qövmləri (onların ölümlərinə üzüldülər və) qışqır-bağır saldılar. Bu onlara ağır gəldi. (Bundan istifadə edən) İblis (Allah ona lənət eləsin) onların yanına gəlib dedi: “(Bu qədər ağlamayın, özünüzü zəhmətə salmayın,) mən sizin üçün onların surətində bütlər düzəldərəm. Beləcə, siz onlara baxar, onlarla təskinlik tapar, həm də Allaha ibadət edərsiniz”. (Nadan camaat onun təklifini qəbul etdi və) İblis onlar üçün ölmüş şəxslərin timsalında bütlər hazırladı. Onlar (bu bütləri qarşılarına qoyaraq) izzət və cəlal sahibi Allaha ibadət edər və həmin bütlərə baxardılar. Qış və yağışlar onlara yetişdikdə (havanın soyuq olmasından qorxduqları üçün) bütləri evlərə salardılar. O nəsil həlak olana qədər onlar (bu şəkildə) davamlı olaraq izzət və cəlal sahibi olan Allaha ibadət etdilər. (Onlardan sonra) övladları boya-başa çatdılar və dedilər: “Həqiqətən, atalarımız bunlara (bütlərə) ibadət edirdilər (biz də gərək onların yolunu gedərək bu bütlərə ibadət edək)”. Beləliklə, onlar izzət və cəlal sahibi olan Allahdan qeyrisinə ibadət etdilər (və bütpərəstlik rəvac tapmağa, yayılmağa başladı). Bu, Allah təbarək və taalanın sözüdür: “Və dedilər: “Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvanı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”
İləluş-şərai cild 1 səhifə-3

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Peyğəmbər (s) buyurub: “Allah məndən üstün və fəzilətli məxluq yaratmayıb. Ey Əli, məndən sonra bu üstünlük və fəzilət sənindir”.
İləluş-şərai səhifə-5

Məsum

İmam Sadiq (ə)

Ravi

Əbu Bəsir

Əbu Bəsir deyir: “Əbu Abdullahdan (ə) izzət və cəlal sahibi olan Allahın “Cin və insanları yalnız mənə ibadət etmələri üçün yaratdım” kəlamı haqqında soruşdum. İmam buyurdu: “Onları ibadətə əmr etməsi üçün xəlq etmişdir”. Əbu Bəsir deyir: “Ondan (imamdan) izzət və cəlal sahibi olan Allahın “(Lakin onları ixtiyar sahibi etdi) və (buna görə də) onlar həmişə ziddiyyətdədirlər. Sənin rəbbinin rəhm etdiyi (iman və birlik qismət etdiyi) kəslər istisna olmaqla. Və onları elə buna görə yaratmışdır” kəlamı haqqında soruşdum. İmam buyurdu: “Onları buna görə xəlq etmişdir ki, sayəsində Allahın rəhmətinə layiq olacaq şeyləri yerinə yetirsinlər və (bununla da) Allah onlara rəhm etsin”.
İləluş-şərai cild 1 səhifə-9

Məsum

İmam Hüseyn (ə)

Ravi

Sələmə ibn Əta

Sələmə ibn Əta İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: “Hüseyn ibn Əli (ə) əshabının qarşısına çıxıb buyurdu: “Ey insanlar, həqiqətən də zikri uca olan Allah bəndələri yalnız onu tanımaları üçün yaratmışdır. Belə ki, onu tanıdıqları təqdirdə Allahın özünə ibadət etməklə ondan savayı kiməsə ibadət etməkdən ehtiyacsız olarlar”. Bir nəfər ona dedi: “Ey Allah Rəsulunun övladı, atam-anam sənə qurban! Bəs “Allahı tanımaq” nə deməkdir?” İmam buyurdu: “(Allahı tanımaq) hər bir dövrün əhalisinin itaət emələri onlara vacib olan imamlarını tanımalarıdır”.
İləluş-şərai cild 1 səhifə-9

Məsum

İmam Sadiq (ə)

Ravi

Məhəmməd ibn Ümarə

Cəfər ibn Məhəmməd ibn Ümarə

Cəfər ibn Məhəmməd ibn Ümarə atasının belə dediyini nəql edir: “Cəfər ibn Məhəmməd Sadiqdən (ə) soruşdum: “Allah məxluqatı niyə xəlq edib?” İmam buyurdu: “Həqiqətən, Allah təbarək və taala öz məxluqatını əbəs yerə yaratmamış və başlı-başına buraxmamışdır. Əksinə, onları öz qüdrətini nümayiş etdirsin, özünə itaət etmələri üçün mükəlləf etsin və bununla Allahın razılığını qazanmış olsunlar deyə yaratmışdır. Allah onlardan hər hansı bir mənfəət güdmək və onların vasitəsilə hansısa bir zərəri uzaqlaşdırmaq naminə onları xəlq etməmişdir. Əksinə, onlara mənfəət verməsi, onları əbədi nemətə (cənnətə) çatdırması üçün xəlq etmişdir”.
İləluş-şərai cild 1 səhifə-9

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Peyğəmbər (s) buyurmuşdur: “(Allah-taala) Musa ibn İmranın (ə) səhifələrində belə buyurmuşdur: “Ey bəndələrim! Şübhəsiz, mən (məxluqatı) yaratmamışam ki, azlıqdan onların vasitəsilə daha artığına nail olum, (hansısa) bir vəhşətdən onlar vasitəsilə ünsiyyət qurum (özümə munis seçim), onlar vasitəsilə hər hansısa aciz qaldığım bir şeyə görə kömək umum, (nə isə) bir mənfəət qazanım, (hansısa) bir zərəri dəf edim. Belə ki, əgər göylərin və yerin əhlindən olan məxluqatımın hamısı mənə itaət etmək və bəndəçilik etmək üzərində bir yerə toplanmış olsaydılar, gecə və gündüz bundan süstləşmiş olmasaydılar belə, bu mənim mülkümdə heç bir şey artırmazdı. Mən bundan münəzzəh və ucayam”.
İləluş-şərai cild 1 səhifə-13

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “İnsan izzət və cəlal sahibi olan Allahın belə buyurduğuna görə “insan” adlanıb: “Biz (bundan əvvəl) Adəmlə əhd bağladıq və o (bu əhdi) unutdu”. (İzah: Sanki İmam (ə) burada insan sözünün “nəsiyə” (نسي) sözündən alındığına işarə edir və bu söz unutmaq mənasındadır).
İləluş-şərai cild 1 səhifə-15

Məsum

İmam Sadiq (ə)

Ravi

Əbu Bəsir

Əbu Bəsir deyir: “Əbu Abdullahdan (ə) soruşdum: “Hansı səbəbə görə izzət və cəlal sahibi olan Allah Adəmi (ə) ata-anasız, İsanı (ə) atasız, sair insanları isə ata-analardan yaratmışdır?” İmam buyurdu: “İnsanlar onun qüdrəti və kamalının tamamını görsünlər deyə. Bilsinlər ki, Allah kişi olmadan qadından məxluq yaratmağa qadirdir, necə ki onu kişi və qadın olmadan da yaratmağa qüdrəti çatır. Həmçinin izzət və cəlal sahibi olan Allah bunu hər şeyə qadir olduğu bilinsin deyə görə etmişdir".
İləluş-şərai cild 1 səhifə-15

Məsum

İmam Sadiq (ə)

Ravi

-

Əbu Bəsir İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: “Həvva (s) “Həy”dən (diri və canlı olandan) xəlq olunduğuna görə “Həvva” adlanıb. İzzət və cəlal sahibi olan Allah buyurmuşdur: “(Allah) sizi bir nəfsdən (candan) xəlq etmiş və ondan zövcəsini yaratmışdır”.
İləluş-şərai cild 1 səhifə-16

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Peyğəmbər (s) Xanım Fatiməyə belə buyurdu: “Ey Fatimə, niyə “Fatimə” adlandığını bilirsən?” Həzrət Əli (ə) dedi: “Ey Allahın Rəsulu, niyə elə adlanıb?” Peyğəmbər (s) buyurdu: “Çünki o və onun şiələri cəhənnəm odundan uzaq edilib”.
İləluş-şərai cild 1 səhifə-179

Məsum

İmam Rza (ə)

Ravi

Əbu Məhəmməd Fəzl ibn Şazan Nisaburi

Əbülhəsən Əli ibn Məhəmməd ibn Qüteybə Nisaburi

Əbdülvahid ibn Məhəmməd ibn Übdus Nisaburi Əttar

Məhəmməd ibn Əli ibn Babəveyh Qummi (Şeyx Səduq)

(Məhəmməd ibn Əli ibn Hüseyn ibn Babəveyh (Şeyx Səduq) deyir:) Əbdülvahid ibn Məhəmməd ibn Übdus Nisaburi Əttar Əbülhəsən Əli ibn Məhəmməd ibn Qüteybə Nisaburidən, o, Əbu Məhəmməd Fəzl ibn Şazan Nisaburidən, o da İmam Rzadan (ə) belə nəql edir: “Əgər o şəxsə (ramazan ayının orucunu üzrsüz tutmayan şəxsə) bir ay və ya üç ay deyil, məhz ardıcıl iki ay oruc tutmağın vacib olmasının səbəbi soruşulsa, belə cavab verilər: Çünki Allah-taalanın insanlara fərz etdiyi əsas orucun müddəti bir aydır. Bu səbəbdən kəffarə olaraq həmin bir ay ikiqat artırılmışdır – bunun məqsədi məsuliyyəti vurğulamaq və günahı ağırlaşdırmaqdır. Əgər soruşulsa ki, niyə bu iki ay ardıcıl olmalıdır? Belə cavab verilər: Səbəb odur ki, əgər fasilələrlə icra edilsəydi, yerinə yetirmək asan gələr və insan onu yüngül hesab edərdi. Amma ardıcıl olduqda məsuliyyətin ağırlığı daha çox hiss edilir və bu, imanın hörmətini qorumağa xidmət edir”.
İləluş-şərai cild 1 səhifə-273

Məsum

İmam Sadiq (ə)

Ravi

-

Əbdürrəhman ibn Əbu Abdullah deyir: “İmam Sadiqə (ə) belə dedim: “Bu nağıl danışanlardan olan bir qrup insan deyir ki, əgər bir nəfər bir dəfə həccə getsə, sonra (bir dəfə ilə kifayətlənərək həccə getməyib onun pulunu) sədəqə verərsə, bu onun üçün daha xeyirli olar”. İmam Sadiq (ə) buyurdu: “Yalan deyirlər. Əgər insanlar bu cür etsələr, bu ev (Kəbə) boş qalar. Allah bu evi insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol qərar verib” (“Maidə” surəsi, 97-ci ayə).
İləluş-şərai cild 2 səhifə-452