Məhəmməd ibn Ümarə deyir: “İmam Sadiqdən (ə) Xanım Fatimənin niyə “Zəhra” adlandığını soruşdum, İmam Sadiq (ə) buyurdu: “Çünki o, namaz qıldığı mehrabda (namaz üçün) dayandıqda ulduzların nuru yer əhli üçün parıldadığı kimi, onun nuru da səma əhli üçün parıldayırdı”.
Məanil-əxbar səhifə-64
Məsum
İmam Sadiq (ə)
Ravi
-
İmam Sadiqdən (ə) Məhəmməd (s) ailəsinin kim olduğu barədə sual edildi. İmam (ə) buyurdu: “Onun zürriyyəsidir (törəmələri)”. İmama (ə) deyildi: “Onun Əhli-beyti kimdir?” İmam (ə) buyurdu: “İmamlar”. İmama (ə) deyildi: “Onun itrəti kimdir?” İmam (ə) buyurdu: “Əshabu-əba” (əbanın altında olan 5 kimsə)”. İmama (ə) deyildi: “Onun ümməti kimlərdir?” İmam (ə) buyurdu: “Möminlər”.
Məanil-əxbar səhifə-94
Məsum
İmam Əli (ə)
Ravi
-
İmam Əlidən (ə) “Ən pis zəlillik hansıdır?” – deyə sual edildi. İmam Əli (ə) buyurdu: “Dünyaya həris olmaq”.