Mən la yəhzuruhul-fəqih

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Peyğəmbər (s) buyurub: “Oruc tutan şəxs müsəlman birinin qeybətini etmədikcə öz yatağında olsa da ibadət halında sayılar”.
Mən la yəhzuruhul-fəqih cild 2 səhifə-75

Məsum

İmam Museyi Kazim (ə)

Ravi

-

“Rəcəb əzəmətli aydır. Bu ayda Allah yaxşılıqların savabını artırır və pislikləri (günahları) silir. Kim rəcəb ayında bir gün oruc tutsa, cəhənnəm odu ondan 100 illik (gediləcək yol) məsafəsi qədər uzaq olar. Kim (rəcəb ayında) 3 gün oruc tutsa, cənnət ona vacib olar”.
Mən la yəhzuruhul-fəqih cild 2 səhifə-92

Məsum

İmam Museyi Kazim (ə)

Ravi

-

“Rəcəb cənnətdə süddən ağ, baldan şirin olan bir çaydır. Kim rəcəb ayında bir gün oruc tutsa, Allah ona o çaydan içirər”.
Mən la yəhzuruhul-fəqih cild 2 səhifə-92

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Cəfər Sadiqdən (ə) məscidlərə vəqf etmək barədə soruşdular. Buyurdu: “Caiz deyil. Həqiqətən də, məcusilər atəşgahlara vəqflər edirlər”.
Mən la yəhzuruhul-fəqih cild 4 səhifə-238

Məsum

İmam Sadiq (ə)

Ravi

Əbu Səhari

Əbu Səhari deyir: “İmam Cəfər Sadiqə (ə) belə bir sual verdim: “Bir şəxs ev alıb və ona boş bir ərazi qalıb. Buna görə də həmin yerdə gəlir mənbəyi olan bir otaq tikib. Bu şəxs o otağı (onun gəlirini) məscidə vəqf edə bilər?” İmam (ə) buyurdu: “Həqiqətən də, məcusilər atəşgahlara vəqflər edirlər”.
Mən la yəhzuruhul-fəqih cild 4 səhifə-251

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Məhəmməd peyğəmbər (s) buyurub: “Mərhəmət göstərməyənə mərhəmət göstərilməməlidir”.
Mən la yəhzuruhul-fəqih cild 4 səhifə-380

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) buyurur: “Yəqub (ə) övladları üçün bağışlanmaq diləməyi cümə gecəsinin səhərinə saxladı”.
Mən la yəhzuruhul-fəqih cild 1 səhifə-422