Səvabul-əmal

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) buyurdu: “Bir şəxs yalan danışır və buna görə də ruzisindən məhrum olur”. Ravi soruşdu: “Ruzisindən necə məhrum olur?” İmam Sadiq (ə) buyurdu: “Etdiyi günaha görə gecə namazı qılmaqdan məhrum olar. Gecə namazından məhrum olan şəxs ruzisindən məhrum olar”.
Səvabul-əmal səhifə-63

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) “Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır” (“Hud” surəsi, 114-cü ayə) ayəsi barədə belə buyurdu: “Möminin gecə vaxtı qıldığı namaz (gecə namazı) gündüz vaxtı etdiyi günahları aradan aparar”.
Səvabul-əmal səhifə-64

Məsum

İmam Sadiq (ə)

Ravi

-

“Kim şaban ayında 2 gün oruc tutsa, Allah dünyada hər gün və hər gecə ona nəzər edər, sonra ona cənnətdə nəzər etməyə davam edər”.
Səvabul-əmal səhifə-83

Məsum

İmam Sadiq (ə)

Ravi

Yunis ibn Yəqub

Yunis ibn Yəqub deyir: “İmam Sadiqdən (ə) belə soruşdum: “Ata-babalarından kimsə şaban ayında oruc tuturdumu?” İmam Sadiq (ə) buyurdu: “Ata-babalarımın ən üstünü olan Peyğəmbər (s) şaban ayında çoxlu oruc tutardı”.
Səvabul-əmal səhifə-84

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Məhəmməd Peyğəmbər (s) buyurub: “Din əhli ilə oturmaq dünya və axirət şərəfidir”.
Səvabul-əmal səhifə-162

Məsum

İmam Baqir (ə)

Ravi

-

İmam Baqir (ə) buyurub: “Yaxşılıq etmək və sədəqə vermək fəqirliyi aradan qaldırır, ömrü uzadır və yetmiş cür pis ölümü öz sahibindən uzaqlaşdırır”.
Səvabul-əmal səhifə-173

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) buyurub: “Bir şəxsin Allah yanında olan fəziləti onun (mömin) qardaşlarına olan məhəbbətinə görədir. Allah bir bəndənin (mömin) qardaşlarına məhəbbət bəslədiyini bilsə, onu sevər. Allah sevdiyi bəndənin əcrini qiyamət günü bütünlüklə verər”.
Səvabul-əmal səhifə-227

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Məhəmməd peyğəmbər (s) buyurub: “Allah-taala buyurur: “Allah tərəfindən olmayan zalım imama (xəlifəyə) itaət edən hər bir müsəlmana əzab verəcəyəm, onların əməlləri saf və təmiz olsa belə”.
Səvabul-əmal səhifə-254

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) buyurub: “Nasibi (Əhli-beytin düşməni) (təkcə) biz Əhli-beytə (ə) düşmənçilik bəsləyən şəxs deyil. Çünki sən “mən Məhəmməd və onun ailəsinə düşmənəm” deyən şəxs tapmazsan. Nasibi (Əhli-beytin düşməni) sizin bizi sevdiyinizi və bizim şiələrimizdən olduğunuzu bildiyi halda sizə düşmənçilik bəsləyən şəxslərdir”.
Səvabul-əmal səhifə-256

Məsum

İmam Baqir (ə)

Ravi

-

İmam Baqir (ə) buyurub: “Kim başımıza gəlmiş zülmləri, haqqımızın tapdalanmasını və çətin vəziyyətə düşməyimizi bilməsə, bizə zülm etmiş zalımlarla şərik olar”.
Səvabul-əmal səhifə-256

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) buyurub: “Əgər yer üzərində olan insanların hamısı Əmirəlmömininin (Həzrət Əlinin) (ə) haqqını inkar edərsə, Allah-taala onların hamısına əzab verər və onları cəhənnəmə daxil edər”.
Səvabul-əmal səhifə-258

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) buyurub: “Zina edən altı bəlaya düçar olacaq. Üçü bu dünyada, üçü isə axirətdə. Bu dünyada olanlar: 1. Üzün nurunu aparar; 2. Fəqirlik (kasıblıq) gətirər; 3. Ölümü tezləşdirər. Axirətdə olanlar: 1. Allahın qəzəbinə gələr; 2. Hesab-kitabı ağır (şiddətli) olar; 3. Əbədi cəhənnəmdə qalar”.
Səvabul-əmal səhifə-262