Tovhid

Məsum

İmam Baqir (ə)

Ravi

-

İmam Baqir (ə) buyurub: “Həqiqətən Allah nurdur, onda zülmət yoxdur. (Allah) elmlidir, onda cahalət yoxdur. (Allah) diridir, onda ölmək və yox olmaq yoxdur”.
Tovhid səhifə-133

Məsum

İmam Baqir (ə)

Ravi

Nafi ibn Əzrəq

Nafi ibn Əzrəq İmam Baqirə (ə) dedi: “Mənə xəbər ver ki, Allahın nə vaxt olub?” İmam (ə) buyurdu: “Vay olsun sənə! Sən mənə (Allahın) hansı vaxt(lar) olmadığını xəbər ver ki, mən də sənə onun olduğu vaxt(lar)ı deyim. Sübhan (Allah) heç vaxt aradan getməyib və heç kəs də onu aradan aparmayıb. O, tək və Saməddir (ehtiyacsızdır). Özünə bir yoldaş və övlad da götürməmişdir”.
Tovhid səhifə-168

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiqdən (ə) soruşdular: “Rəbbimiz yeri və göyü yaratmamışdan əvvəl harada idi?” İmam Sadiq (ə) buyurdu: “Harada” sualı məkan haqqında olur, Allah isə məkansızdır (heç bir məkanda deyil)”.
Tovhid səhifə-170

Məsum

İmam Əli (ə)

İmam Səccad (ə)

İmam Sadiq (ə)

İmam Həsən Əskəri (ə)

Ravi

-

İmam Həsən Əskəridən (ə) rəvayət olunub ki, o Həzrət Allah əzzə və cəllənin “Bismillahir-Rəhmanir-Rəhim” (Rəhman və Rəhim Allahın adı ilə) kəlamı haqqında buyurmuşdur: “O hər bir məxluqun ehtiyaclar və çətinliklər zamanında, ümidləri ondan savayı hər bir kəsdən kəsildikdə və əlləri ondan savayı bütün səbəblərdən üzüldükdə ona bəndəçiliyə üz gətirib “Bismillah” dedikləri Allahdır. “Bismillah” dedikdə bunu nəzərdə tutursan ki, yəni bütün işlərimdə ondan savayı heç bir kəsin ibadətə layiq olmadığı, kömək istənilən zaman kömək edən, dua edilən zaman cavab verən Allahdan kömək istəyirəm. Bu dediklərim bir kişinin İmam Sadiqə (ə) verdiyi sual nəticəsində aldığı cavabdır. (Həmən kişi İmam Sadiqə (ə) belə sual verdi:) “Ey Allah rəsulunun övladı, mənə isbat et (mənim üçün aydınlaşdır) ki, Allah nədir? Cədəl əhli mənimlə çox söhbət etmiş və məni heyrətdə qoymuşdur”. Həzrət (ə) ona belə buyurdu: “Ey Allah bəndəsi, indiyə qədər heç gəmiyə minmisənmi?” Dedi: “Bəli”. İmam buyurdu: “Heç olubmu ki, səni xilas edəcək heç bir gəmi və sənin ehtiyacını aradan qaldıracaq heç bir üzgüçü olmadığı bir halda gəmi sına?” Kişi dedi: “Bəli”. İmam Sadiq (ə) buyurdu: “O məqamda qəlbin sənə o təhlükədən nicat verə biləcək qüdrətli hər hansısa bir şeyə tərəf yönəlmişdirmi?” Kişi dedi: “Bəli”. İmam Sadiq (ə) buyurdu: “Həmən o şey nicat verən olmayan yerdə nicat verməyə, fəryada çatan biri olmayan yerdə fəryada çatmağa qadir olan Allahdır”. Sonra İmam Sadiq (ə) buyurdu: “Bəzən şiələrimizdən bəziləri işinin başlanğıcında “Bismillahir-Rəhmanir-Rəhim” deməyi tərk edir və buna görə də Allah onu Allah təbarəkə və taalanın şükür və sənasını yadına salsın deyə və “Bismillahir-Rəhmanir-Rəhim”i tərk etdiyinə görə olan qüsurunu təmizləsin deyə xoşagəlməz bir hadisə ilə imtahan edir”. İmam buyurdu: “Bir kişi İmam Əli ibn Hüseynin (ə) yanına gəlib dedi: “Bismillahir-Rəhmanir-Rəhim”in nə mənada olmasını mənə xəbər ver”. İmam (ə) buyurdu : “Atam qardaşı İmam Həsəndən, o da atası Əmirəlmöminindən (ə) mənim üçün nəql etmişdir ki, bir kişi onun yanına gəlib dedi: “Ey Əmirəlmöminin, mənə “Bismillahir-Rəhmanir-Rəhim”in nə mənada olması haqqında xəbər ver”. Həzrət (ə) buyurdu: “Həqiqətən, “Allah” sözü Allah əzzə və cəllənin adlarından ən əzəmətlisidir və o ad elə bir addır ki, Allahdan qeyrisinin o adla adlanması, bir məxluqun o adı özünə götürməsi münasib (layiq) deyil”. O kişi dedi: “Allah kəlməsinin təfsiri nədir?” İmam (ə) buyurdu: “O elə biridir ki, hər bir yaradılmış ehtiyaclar, çətinliklər zamanı, ondan başqa hər bir şeydən ümidi kəsiləndə və əli ondan başqa hər bir şeydən üzüləndə ona bəndəçiliyə yönəlir. Bu dünyada hər bir ağa və sultan hər nə qədər çox ehtiyacsız və hegemon olsa və digərlərinin ona olan ehtiyacı çox olsa belə, digərləri elə bir şeyə möhtac olacaq ki, həmən bu ağanın ona gücü çatmayacaq və həmçinin bu ağanın özünün də elə bir şeyə ehtiyacı olacaq ki, onu əldə edib, ehtiyacını aradan qaldırmağa gücü çatmayacaq. Beləliklə, əli hər bir şeydən üzüləndə, zərurət və dar məqamda Allaha tərəf yönələcək və nigaranlığı aradan qalxanda isə öz şirkinə qayıdacaq. Məgər eşitməmisənmi ki, Allah əzzə və cəllə belə buyurur: “(Müşriklərə) de: “Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğru danışanlarsınızsa (deyin görək)! Xeyr, yalnız ona (Allaha) dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız bəlanı aradan qaldırar, siz də ona şərik qoşduğunuz bütlərinizi unudarsınız. (Buna görə də başınıza bir bəla gəlməmişdən əvvəl Allaha ibadət edin. Ona heç bir şərik qoşmayın!)”. Allah əzzə və cəllə öz bəndələrinə (belə) buyurur: “Ey mənim rəhmətimə ehtiyacı olanlar, həqiqətən, mən sizə hər bir halınızda mənə ehtiyaclı olmanızı və mənim ibadətimdə boyun əymənizi zəruri etmişəm, beləliklə, öhdənizə götürüb tamamlamaq və hədəfə çatdırmaq istədiyiniz hər bir işdə mənə pənah gətirin. Həqiqətən, əgər mən sizə əta etmək istəsəm, digərinin bunun qarşısını almağa qüdrəti çatmaz və əgər mən bir şeyin sizə əta olunmasının qarşısını almaq istəsəm, məndən başqasının onu sizə əta etməyə qüdrəti çatmaz. Mən yalvarılmağa ən haqlı, itaət edilməyə ən layiq olan kəsəm. Buna görə hər böyük və kiçik işin başlanğıcında “Bismillahir-Rəhmanir-Rəhim” deyin, yəni bu işimdə o kəsdən kömək istəyirəm ki, ondan başqa heç bir kəs ibadətə layiq deyil, dua ediləndə cavab verən, kömək istəniləndə imdada yetəndir, geniş ruzisi ilə bizə rəhm edən Rəhman, din, dünya və axirətimizdə bizə Rəhim olandır. Dini bizə yüngül etdi, onu asan və rahat qərar verdi və bizi düşmənlərindən ayırmaqla bizə rəhm edir”. Sonra (İmam) buyurdu: “Allah rəsulu (s) buyurub: “Hər kəsi məşğul olduğu iş qəmgin edərsə və o, ixlaslı bir halda, qəlbən Ona (Allaha) tərəf yönəlib “Bismillahir-Rəhmanir-Rəhim” deyərsə, həmişə bu iki haldan birində olacaq: ya istədiyi dünyada ona yetişəcək, ya da ki, rəbbi yanında onun üçün hazırlanıb (ona çatmaq üçün) qorunacaq. Allah yanında olanlar isə möminlər üçün daha xeyirli və daha davamlıdır”.
Tovhid səhifə-230