Uyunu-əxbarir-Rza

Məsum

İmam Rza (ə)

Ravi

-

İmam Rza (ə) buyurub: “Şaban ayının qalan son günlərində bu sözü çoxlu təkrar et: “İlahi, şaban ayının keçmiş günlərində bizi bağışlamamısansa, onun qalan günlərində bizi bağışla”. Həqiqətən Allah-taala bu ayda ramazan ayının hörmətinə görə çoxlu insanları cəhənnəm odundan azad edir”.
Uyunu-əxbarir-Rza cild 1 səhifə-51

Məsum

İmam Rza (ə)

Ravi

Əbdüssalam ibn Saleh Hərəvi

Əbu Səlt belə deyir: “Şaban ayının son cümə günündə İmam Rzanın (ə) yanına daxil oldum. İmam Rza (ə) belə buyurdu: “Ey Əbu Səlt, artıq şaban ayının çoxu gedib və bu, şaban ayının son cüməsidir. Ona görə də şabanın keçmiş günlərində etdiyin səhlənkarlığı bu ayın qalan günlərində aradan qaldırmağa çalış! Sənə faydası olan işə tərəf üz tut, sənə faydası olmayan işdən uzaqlaş”.
Uyunu-əxbarir-Rza cild 1 səhifə-51

Məsum

İmam Rza (ə)

Ravi

-

İmam Rza (ə) buyurub: “Allahın ayını (ramazan ayını) Allaha ixlaslı bəndə kimi qarşılamaq istəyirsənsə, (şaban ayının son günlərində) çoxlu dua et, Quran oxu və öz günahlarından Allaha tövbə et”.
Uyunu-əxbarir-Rza cild 1 səhifə-51

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Həzrət Məhəmməd peyğəmbər (s) İmam Hüseynə (ə) belə buyururdu: “Sən ağa oğlu ağasan. Sən imam oğlu imamsan. Sən höccət oğlu höccətsən. Nəslindən gələcək doqquz höccətin (imamın) atasısan. Onların doqquzuncusu (İmam Mehdi) qaimləri olacaq”.
Uyunu-əxbarir-Rza cild 1 səhifə-52

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

“Mən və Əli bu ümmətin atasıyıq”.
Uyunu-əxbarir-Rza cild 2 səhifə-85

Məsum

İmam Baqir (ə)

Ravi

-

İmam Baqir (ə) buyurmuşdur: “Əli və Fatimənin övladlarından olan imamlar qiyamət saatına kimi əmr sahibləridir”.
Uyunu-əxbarir-Rza cild 2 səhifə-129

Məsum

İmam Rza (ə)

Ravi

-

İmam Rza (ə) buyurub: “Allahın vəlilərini (dostlarını) sevmək vacibdir. Həmçinin Allah düşmənlərinə və onların rəhbərlərinə kin bəsləmək və onlardan bəraət etmək (uzaq olmaq) vacibdir”.
Uyunu-əxbarir-Rza cild 1 səhifə-129

Məsum

İmam Rza (ə)

Ravi

-

Bir nəfər İmam Rzanın (ə) yanına daxil olaraq ona belə dedi: “Ey Peyğəmbərin övladı, aləmin əvvəl olmayıb, sonradan yaranmasına dəlil nədir?” İmam Rza (ə) buyurdu: “Sən yox idin, sonradan var oldun. Bilirsən ki, özün özünü yaratmamısan və səni sənin mislində olan biri də yaratmayıb (deməli, səni sənin mislində olmayan bir varlıq yaradıb)”.
Uyunu-əxbarir-Rza cild 1 səhifə-176

Məsum

İmam Rza (ə)

Ravi

Fəzl ibn Şazan

Fəzl ibn Şazan nəql edir: “İmam Rzanın (ə) belə dediyini eşitdim: “Allahın İbrahimə (ə) oğlu İsmailin (ə) yerinə onun üçün nazil etdiyi keçini qurban etməsini əmr etdikdə İbrahim (ə) öz əli ilə (bu əmr gəlməmiş) oğlu İsmaili (ə) qurban etmiş olmağı və oğlunun yerinə keçini qurban etməyə əmr olunmamağı arzu edirdi. Bununla da o ən əziz övladını öz əli ilə (Allaha) qurban kəsmiş bir atanın qəlbində hiss etdiyini hiss etsin və beləcə (belə bir imtahandan keçdiyi üçün), müsibətlərə (səbir etdiyinə) görə savab qazanan şəxslərin ən üstün dərəcəsinə layiq olsun. Buna görə də Allah ona belə vəhy etdi: “Ey İbrahim, sənin üçün məxluqatımın ən sevimlisi kimdir?” İbrahim (ə) dedi: “Ey Rəbbim, sən elə bir məxluq yaratmamısan ki, mənə həbibin Məhəmməddən (s) daha sevimli olsun”. Daha sonra Allah buyurdu: “Sənin üçün o daha əzizdir, yoxsa sənin özün?” İbrahim (ə) dedi: “O mənə nəfsimdən (özümdən) daha sevimlidir”. Allah buyurdu: “Onun övladı sənə daha sevimlidir, yoxsa sənin (öz) övladın?” İbrahim (ə) dedi: “Təbii ki, onun övladı”. Allah buyurdu: “Elə isə onun övladının düşmənlərin əli ilə zalımcasına öldürülməsi, yoxsa öz övladını mənə itaət edərək qurban etməyin sənə daha ağır olar?” Bundan sonra İbrahim (ə) dedi: “Ey Rəbbim, onun düşmənlərin əli ilə öldürülməsi mənə daha ağırdır”. Allah buyurdu: “Ey İbrahim, özünün Məhəmməd (s) ümmətindən olduğunu güman edən bir qrup onun ölümündən sonra zalımlıq və düşmənçiliklə onun oğlu Hüseyni (ə) keçinin qurban edildiyi şəkildə öldürəcəklər. Beləcə, onlar bu əməlləri ilə mənim qəzəbimi qazanacaqlar”. İbrahim (ə) buna görə kövrəldi, ürəyi ağrıdı və ağlamağa başladı. Allah vəhy etdi: “Ey İbrahim, əgər oğlunu öz əlinlə qurban kəssəydin (kədərlənəcəkdin) və mən sənin öz övladın İsmailə (ə) kədərlənməyini Hüseynin qətlinə görə kədərlənməyinə fəda etdim. Sənə (arzu etdiyin savab və məqam olan) müsibətlərə (səbir etdiyinə) görə savab qazanan şəxslərin ən üstün dərəcəsini vacib etdim (səni buna layiq bildim)”. (Daha sonra İmam Rza (ə) buyurur:) Allahın “Biz ona əzəmətli qurban fəda etdik” (“Saffat” surəsi, 107-ci ayə) sözünün mənası budur”.
Uyunu-əxbarir-Rza cild 1 səhifə-209

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Peyğəmbər (s) buyurub: “Ramazan ayında aldığınız nəfəs təsbih, yatmağınız ibadət, etdiyiniz əməllər qəbul olunmuş, dualarınız isə yerinə yetmiş sayılır”.
Uyunu-əxbarir-Rza cild 1 səhifə-295

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Peyğəmbər (s) buyurub: “Ramazan ayında olan aclıq və susuzluğunuzla qiyamət gününün aclıq və susuzluğunu xatırlayın”.
Uyunu-əxbarir-Rza cild 1 səhifə-295

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Peyğəmbər (s) buyurub: “Kim ramazan ayında Qurani-Kərimdən bir ayə oxusa, ona digər aylarda oxunan bütün Qurani-Kərimin savabı verilər”.
Uyunu-əxbarir-Rza cild 1 səhifə-296