Məsum

Həzrət Məhəmməd (s)

İmam Baqir (ə)

Ravi

Əbülhəzəvvər

Səlt ibn Əla

Əli ibn Həfs əl-Əbsi

Həsən ibn Hüseyn əl-Lului

Səhl ibn Ziyad

Məhəmməd ibn Yəhya əl-Əttar

Məhəmməd ibn Həsən ibn Əhməd ibn Vəlid

Məhəmməd ibn Həsən ibn Əhməd ibn Vəlid Məhəmməd ibn Yəhya əl-Əttardan, o, Əbu Səid Səhl ibn Ziyad əl-Adəmidən, o, Həsən ibn Hüseyn əl-Luluidən, o, Əli ibn Həfs əl-Əbsidən, o, Səlt ibn Əladan, o da Əbülhəzəvvər vasitəsilə İmam Baqirdən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “İnsanlar müxtəlif ağaclardan yaradılmışdır. Mən və Əbu Talibin oğlu (Əli) isə eyni ağacdan yaradılmışıq. Mənim köküm Əli, budağım isə Cəfərdir”.
Xisal cild 1 səhifə-21

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) buyurub: “Dünyanı sevmək bütün günahların başıdır”.
Xisal səhifə-23

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) buyurub: “Qarşılaşdığın hər bir şəxsə salam vermək təvazökarlığın əlamətlərindəndir”.
Xisal cild 1 səhifə-26

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) buyurmuşdur: “Din sevgidən başqa bir şeydirmi? Allah-taala buyurub: “(Ey Peyğəmbər!) De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin”.
Xisal cild 1 səhifə-34

Məsum

İmam Sadiq (ə)

Ravi

-

İmam Sadiq (ə) buyurub: “Din sevgidən başqa bir şeydirmi? Allah-taala buyurub: “(Ey Peyğəmbər!) De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin” (“Ali-İmran” surəsi, 31-ci ayə).
Xisal cild 1 səhifə-34

Məsum

İmam Baqir (ə)

Ravi

-

İmam Baqir (ə) buyurub: “Bizim hədislərimiz qəlbləri dirildir”.
Xisal cild 1 səhifə-35

Məsum

İmam Baqir (ə)

Ravi

-

İmam Baqir (ə) buyurur: “Yaxşılıq və sədəqə fəqirliyi uzaqlaşdırar, ömrü artırar və 70 (cür) ölümü insandan uzaq edər”.
Xisal səhifə-43

Məsum

İmam Rza (ə)

Ravi

Fəzl ibn Şazan

Fəzl ibn Şazan nəql edir: “İmam Rzanın (ə) belə dediyini eşitdim: “Allahın İbrahimə (ə) oğlu İsmailin (ə) yerinə onun üçün nazil etdiyi keçini qurban etməsini əmr etdikdə İbrahim (ə) öz əli ilə (bu əmr gəlməmiş) oğlu İsmaili (ə) qurban etmiş olmağı və oğlunun yerinə keçini qurban etməyə əmr olunmamağı arzu edirdi. Bununla da o ən əziz övladını öz əli ilə (Allaha) qurban kəsmiş bir atanın qəlbində hiss etdiyini hiss etsin və beləcə (belə bir imtahandan keçdiyi üçün), müsibətlərə (səbir etdiyinə) görə savab qazanan şəxslərin ən üstün dərəcəsinə layiq olsun. Buna görə də Allah ona belə vəhy etdi: “Ey İbrahim, sənin üçün məxluqatımın ən sevimlisi kimdir?” İbrahim (ə) dedi: “Ey Rəbbim, sən elə bir məxluq yaratmamısan ki, mənə həbibin Məhəmməddən (s) daha sevimli olsun”. Daha sonra Allah buyurdu: “Sənin üçün o daha əzizdir, yoxsa sənin özün?” İbrahim (ə) dedi: “O mənə nəfsimdən (özümdən) daha sevimlidir”. Allah buyurdu: “Onun övladı sənə daha sevimlidir, yoxsa sənin (öz) övladın?” İbrahim (ə) dedi: “Təbii ki, onun övladı”. Allah buyurdu: “Elə isə onun övladının düşmənlərin əli ilə zalımcasına öldürülməsi, yoxsa öz övladını mənə itaət edərək qurban etməyin sənə daha ağır olar?” Bundan sonra İbrahim (ə) dedi: “Ey Rəbbim, onun düşmənlərin əli ilə öldürülməsi mənə daha ağırdır”. Allah buyurdu: “Ey İbrahim, özünün Məhəmməd (s) ümmətindən olduğunu güman edən bir qrup onun ölümündən sonra zalımlıq və düşmənçiliklə onun oğlu Hüseyni (ə) keçinin qurban edildiyi şəkildə öldürəcəklər. Beləcə, onlar bu əməlləri ilə mənim qəzəbimi qazanacaqlar”. İbrahim (ə) buna görə kövrəldi, ürəyi ağrıdı və ağlamağa başladı. Allah vəhy etdi: “Ey İbrahim, əgər oğlunu öz əlinlə qurban kəssəydin (kədərlənəcəkdin) və mən sənin öz övladın İsmailə (ə) kədərlənməyini Hüseynin qətlinə görə kədərlənməyinə fəda etdim. Sənə (arzu etdiyin savab və məqam olan) müsibətlərə (səbir etdiyinə) görə savab qazanan şəxslərin ən üstün dərəcəsini vacib etdim (səni buna layiq bildim)”. (Daha sonra İmam Rza (ə) buyurur:) Allahın “Biz ona əzəmətli qurban fəda etdik” (“Saffat” surəsi, 107-ci ayə) sözünün mənası budur”.
Xisal cild 1 səhifə-59

Məsum

İmam Səccad (ə)

Ravi

-

“Həqiqətən Abbasın Allah yanında elə bir məqamı vardır ki, qiyamət günü bütün şəhidlər ona qibtə edəcək”.
Xisal səhifə-77

Məsum

İmam Rza (ə)

Ravi

-

İmam Rza (ə) buyurub: “Kim mənim uzaqda (Xorasanda) olan qəbrimi ziyarət etsə, qiyamət günü üç yerdə onun yanına gəlib oranın çətinliklərindən onu xilas edərəm: (əməl) kitabları sağ və sola təqdim edildikdə; siratdan keçdikdə və mizan (tərəzi) qurulan vaxtda”.
Xisal cild 1 səhifə-164

Məsum

Həzrət Məhəmməd (s)

Ravi

-

Məhəmməd peyğəmbər (s) buyurub: “Qiyamət günü dörd qrup şəxs yer əhlinin günahları ilə gəlsələr belə, onlar üçün mən şəfaət edəcəyəm: mənim Əhli-beytimə kömək edən; ona pənah gətirdikdə onların ehtiyaclarını ödəyən; öz qəlbi və dili ilə onları sevən; öz əli ilə onları müdafiə edən”.
Xisal cild 1 səhifə-196

Məsum

İmam Sadiq (ə)

Ravi

-

“Allah yanında Fatimənin (ə) 9 adı vardır: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyə, Mərziyyə, Mühəddəsə, Zəhra”.
Xisal səhifə-414