Haris (الحارث)

“Təhzibul-əhkam”, c. 4, hədis 216-da İmam Sadiqdən (ə) rəvayət nəql edib. “Əl-İstibsar”, c. 2, hədis 144-də isə Dinar ibn Hükeymin ondan nəql etdiyi qeyd edilib. Bu isə xətadır və doğru olan Zübyan ibn Həkimin ondan nəql etməsidir (Dinar ibn Hükeymin yox). “Təhzibul-əhkam”da da belədir. Həmçinin “Təhzibul-əhkam”, c. 7, hədis 1030-da da başqa bir rəvayət nəql edib. Həmin rəvayətdə doğru olan isə adın Haris ibn İmran Cəfəri olmasıdır. “Mən la yəhzuruhul-fəqih”, c. 3, hədis 754; “Təhzibul-əhkam”, c. 7, hədis 716 və c. 9, hədis 1174-də İmam Əlidən (ə) rəvayət nəql edib. Ondan isə Əbu İshaq nəql etmişdir.