Həkəm ibn Miskin

Həkəm ibn Miskin (الحكم بن مسكين)

Məkfuf Əbu Məhəmməd. Kufəlidir. Səqifin mövlası olub.[1] Həkəm Əma ilə eyni şəxsdir. 92 rəvayət nəql edib. Bəzisi İmam Sadiqdəndir (ə). “Kamiluz-ziyarat” kitabında rəvayəti var. Ravi məchuldur və Həkəm ibn Miskin Səqəfi ilə eyni şəxsdir.


[1] Mövla sözü rical alimlərinin terminologiyasında əslən ərəb olmayan, əvvəl qul olmuş azad şəxs, bir qəbilədən olmayıb daim onlarla olan və ya onlarla yaşayan, bir şəxsin dostu və s. kimi mənalarda işlənir. Çox vaxt tək işlənəndə əslən ərəb olmayan şəxs nəzərdə tutulur.