Hüseyn ibn Müsəb (və ya Məsəb)
Məsumlar
Hüseyn ibn Müsəb (və ya Məsəb) (الحسين بن مصعب)
Kitabı var. Bunu Şeyx Tusi deyib. Şeyx Tusi onu Həmdani, digər bir yerdə Həmdani Kufi, başqa bir yerdə isə İbn Müslim Bəcəli əlavələri ilə İmam Baqir (ə) və İmam Sadiqin (ə) səhabələrindən hesab edib.
Seyid Xoyi deyir: İbn Əbu Ümeyrin kitabını rəvayət edən Hüseyn ibn Müsəb İmam Baqirin (ə) səhabəsi olan Müsəb deyil. O ya Şeyx Tusinin “Rical”ında təkrar-təkrar qeyd edilən Həmdani Kufi, ya da İbn Müslim Bəcəlidir. Alim olan Allahdır. Şeyx Tusinin ona yetişən sənədi zəifdir. Ravi Hüseyn ibn Müsəb Həmdani adı ilə “əl-Kafi”də İmam Sadiqdən (ə) rəvayət nəql edib. “Təhzibul-əhkam”da isə adı Həmdani əlavəsi ilə qeydlənməyib. Həmçinin “Rovzatul-kafi”də də rəvayət nəql etmişdir.
Copyright 2025 Hadis.Az