Xəbərlərin bölgüsü

Xəbərləri doğru olub-olmama cəhətindən bir neçə hissəyə bölmək olar:

  1. Doğruluğu zəruri olaraq məlum olan xəbərlər;
  2. Yalan olması zəruri olaraq məlum olan xəbərlər;
  3. Doğru və yalan olması ehtimal olunan xəbərlər:
    1. Doğruluğu daha çox ehtimal olunan xəbərlər;
    2. Yalan olması daha çox ehtimal olunan xəbərlər;
    3. Doğru və yalan olması eyni dərəcədə ehtimal olunan xəbərlər.

Birinci bəndə aid olan xəbərlərə mütəvatir xəbərlər deyilir. İkinci bəndə isə mütəvatir xəbərə birbaşa zidd olan xəbərlər aiddir. Məsələn, “Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır” hədisi mütəvatirdir. Deməli, bu hədisin əksini deyən hər hansı bir xəbər ikinci bəndə aid olacaq. Üçüncü bəndə aid olan xəbərlər isə vahid xəbər adlanır. Əgər vahid xəbər adil və doğru danışan şəxs tərəfindən nəql olunursa, “a” bəndinə; yalançı şəxs tərəfindən nəql olunursa, “b” bəndinə; halı məlum olmayan, yəni məchul şəxs tərəfindən nəql olunursa, “c” bəndinə aid olur. [1]

Bu bölgüdən istifadə edərək xəbərləri iki qismə bölürük:

  • Mütəvatir xəbər
  • Vahid xəbər

Mütəvatir xəbər o xəbərlərə deyilir ki, onu nəql edənlərin sayının çoxluğu insanın həmin şəxslərin qəsdən yalan danışmasına ehtimal verməyəcəyi həddə yetişsin. Bu növ xəbərlərdə insan həmin şəxslərin qəsdən yalan danışmasını qeyri-mümkün hesab edir. Nəticə etibarı ilə insanda bu xəbərin doğruluğuna əminlik yaranır və onun yalan olmasına ehtimal belə vermir.

Bu cür olmayan xəbərlər isə vahid xəbər sayılır. Vahid xəbər sənədinin etibarlı olub-olmama cəhətinə görə dörd əsas qismə bölünür: səhih, həsən, müvəssəq (şiələrə görə) və zəif.

Burada apardığımız bölgülərin hər biri haqqında gələcək yazılarımızda daha geniş izahlar verəcəyik.

Əli Abdullah

Hadis.az


[1] Daha ətraflı bax: Şeyx Abdullah Maməqani, Miqbasul-hidayə, c. 1, səh. 82.

Istifadə olunan terminlər

Tövsiyə olunan

Xəbərlərin bölgüsü

Xəbərlərin bölgüsü

İlkin terminlər - mətn, sənəd, təriq, şeyx

İlkin terminlər - mətn, sənəd, təriq, şeyx

Mütəvatir xəbər - leksik və terminoloji mənası

Mütəvatir xəbər - leksik və terminoloji mənası

İlkin terminlər - xəbər, əsər, rəvayət

İlkin terminlər - xəbər, əsər, rəvayət