Rəvayət

Rəvayət

Bu sözün mənası “nəql etmək” deməkdir. Hədis elmində əsasən iki mənada işlənir: a) “Hədis” terminin sinonimi olaraq; b) “Sənədli şəkildə hədis nəql etmək” mənasında. Məsələn, “rivayətul-əkabir ənil-əsağir”, yəni böyüklərin (məsələn, böyük səhabələrin) kiçiklərdən (kiçik səhabələrdən) nəql etməsi. Əhli-sünnə arasında bu məna daha geniş yayılmışdır. Şiə alimlərinin nəzərində “rəvayət” bəzən məsum imamlardan (ə) nəql edilən xəbərə deyilir. Bu zaman “hədis” dedikdə yalnız Peyğəmbərdən (s) nəql edilən xəbər qəsd olunur. Bəzən isə rəvayət dedikdə mənası budur ki, bu xəbər şiə təriqi ilə nəql olunmuşdur, sünni təriqi ilə yox.