İlkin terminlər - xəbər, əsər, rəvayət
3) Xəbər
Mühəddislər (hədis alimləri) arasında “xəbər” adətən hədislə eyni mənanı ifadə edən bir terminə deyilir. Bu sözün cəm forması “əxbar”dır. Hədislə eyni mənada olmasına görə bir çox kitabların adında məhz “xəbər” sözündən istifadə edilmişdir. Məsələn, Şeyx Səduqun (r) “Məanil-əxbar” və “Uyunu əxbarir-Rza” kitabları, Şeyx Tusinin (r) “əl-İstibsar fiməxtulifə minəl-əxbar” kitabı, Əllamə Məclisinin (r) “Miratul-uqul fi şərhi əxbari alir-Rəsul” kitabı və s.
Əlbəttə, bunu da qeyd etmək lazımdır ki, xəbər hədis terminindən daha ümumi məna da ifadə edir. Məsələn, qeyri-məsumlardan nəql olunmuş kəlamlara da xəbər deyilir.
4) Əsər
Hədis elmlərində işlənən bu termin bəzən hədislə eyni mənada işlədilir. Bu sözün cəm forması isə “asar”dır. “Əsər” sözünün bu mənası əhli-sünnə hədis alimləri arasında daha çox işləndiyindən onların bir çox hədis kitablarının adında yer almışdır. Şiələr arasında isə bu termin hədis mənasında daha az işlənir. Məsələn, Şeyx Kuleyni (r) “əl-Kafi” kitabının əvvəlində məsum imamlardan (ə) nəql olunmuş mötəbər hədislərə nisbətdə “əl-asarus-səhihə (səhih əsərlər)” ifadəsini işlədir.[1]
Şiə alimlərinin nəzərində bu termin əsasən səhabə və tabeinlər kimi qeyri-məsumdan nəql olunmuş xəbərlərə şamil edilir.[2]
Əhli-sünnə alimlərinin nəzərində isə əsasən iki mənada işlənir:
5) Rəvayət
Bu sözün mənası “nəql etmək” deməkdir. Hədis elmində əsasən iki mənada işlənir:
Şiə alimlərinin nəzərində “rəvayət” bəzən məsum imamlardan (ə) nəql edilən xəbərə deyilir. Bu zaman “hədis” dedikdə yalnız Peyğəmbərdən (s) nəql edilən xəbər qəsd olunur. Bəzən isə rəvayət dedikdə mənası budur ki, bu xəbər şiə təriqi ilə nəql olunmuşdur, sünni təriqi ilə yox.[4]
Əli Abdullah
Hadis.az
Qeyd olunan kitablar
Tövsiyə olunan
Copyright 2025 Hadis.Az