Şeyx Səduqun həyatı
O, Şeyx Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Babəveyh Qummidir. Şeyx Səduq adı ilə tanınır. Atası böyük fəqih Əli ibn Babəveyh, anası isə Deyləmdən olan bir cariyədir. Böyük rical alimi Şeyx Nəcaşi Şeyx Səduq haqqında belə yazır: “Şeyximiz, fəqihimiz və məzhəbimizin Xorasanda olan tanınmış simasıdır. Hicri təqvimi ilə 355-ci ildə Bağdada daxil olmuşdur. Yaşının az olmasına baxmayaraq, məzhəbimizin şeyxləri ondan hədislər eşitmişlər (nəql etmişlər)”.[1]
Şeyx Tusi özünün “Fehrest” adlı kitabında onun haqqında belə deyir: “Böyük bir şəxs idi. Hədisləri hifz etmişdi. Rical elmində məharətli idi. Hədisləri yaxşı araşdırardı. Qum alimləri içində çox elmli olmaqda və hədisləri hifz etməkdə onun kimisi görülməmişdir. 300-ə yaxın əsəri vardır”.[2]
Seyid Bəhrululum özünün “əl-Fəvaidur-ricaliyyə” adı ilə məşhur olan rical kitabında Şeyx Səduq haqqında belə yazır: “Şiə hədis şeyxlərinin şeyxi, şiənin sütunlarından bir sütun, mühəddislərin başçısı, doğru danışan imamlardan (ə) rəvayət etdiklərində “səduq” olan (tam doğru danışan) bir şəxsdir. İmam Sahibəzzamanın (ə) duası ilə dünyaya gəlmişdir. Bununla da əzəmətli bir fəzilətə və iftixara sahib olmuşdur. İmam Zaman (ə) müqəddəs nahiyədən xaric olan məktubunda onu “fəqih, xeyirli, bərəkətli, Allahın onunla insanlara mənfəət verəcəyi” vəsfləri ilə tövsif[3] etmişdir. Bununla da onun bərəkəti insanlara şamil olmuş, istər şiə, istərsə də sünnilər onun bərəkətindən istifadə etmişlər. Uzun zaman keçməsinə baxmayaraq, onun yazdığı kitablar hələ də qalıb. Onun fiqh və hədisinin faydası həm fəqihlərimizə, həm də yanında fəqih olmayan adi insanlara şamil olmuşdur”.[4]
Şeyx Səduqun İmam Zamanın (ə) duası ilə dünyaya gəlməsi
Şeyx Səduq özünün “Kəmalud-din” kitabında belə yazır:
“Əbu Cəfər Məhəmməd ibn Əli Əsvəd[5] - Allah ondan razı olsun - mənə belə dedi: “Məhəmməd ibn Osman Əmri[6] vəfat etdikdən sonra Əli ibn Hüseyn ibn Musa ibn Babəveyh[7] - Allah ondan razı olsun - məndən istədi ki, Əbülqasim Ruhidən[8] xahiş edim ki, Mövlamız Sahibəzzamandan (ə) Allahdan ona bir övlad nəsib etməsi üçün dua etməyi istəsin. Mən də xahiş etdim, lakin o bundan boyun qaçırdı. Bundan üç gün sonra mənə xəbər verdi ki, (İmam Zaman (ə)) Əli ibn Hüseyn üçün dua etmişdir. Onun tezliklə bərəkətli, Allahın onun vasitəsilə (insanlara) fayda verəcəyi bir övladı, ondan sonra isə başqa övladları olacaq”.
Əbu Cəfər Məhəmməd ibn Əli Əsvəd - Allah ondan razı olsun - belə dedi: “Ondan (Hüseyn ibn Ruhdan) öz işim barədə istədim ki, Allahdan mənə bir oğul övladı verməsini istəsin. Mənə müsbət cavab vermədi və dedi ki, bunun üçün bir yol yoxdur”.
Məhəmməd ibn Əli Əsvəd dedi: “Əli ibn Hüseynin[9] - Allah ondan razı olsun - Məhəmməd ibn Əli[10] adlı oğlu oldu və ondan sonra digər övladları oldu. Lakin mənim övladım olmadı”.[11]
Şeyx Səduq “Kəmalud-din” kitabında bu hadisəni nəql etdikdən sonra belə deyir:
“Əbu Cəfər Məhəmməd ibn Əli Əsvəd mənim çox vaxt ustadımız Məhəmməd ibn Həsən ibn Əhməd ibn Vəlidin - Allah ondan razı olsun - dərs məclisinə getdiyimi, elmi kitablara və onları hifz etməyə olan rəğbətimi gördükdə mənə belə deyərdi: “Sənin elmə bu cür rəğbət bəsləməyin təəccüblü deyil. Çünki sən İmamın (ə) duası ilə dünyaya gəlmisən”.
Şeyx Tusi “əl-Ğeybə” əsərində bu hadisəni nəql etdikdən sonra belə yazır:
“Əbu Abdullah ibn Babəveyh[12] belə deyir: “Mənim iyirmi yaşım olmamış dərs məclisləri təşkil edirdim. Bəzən Əbu Cəfər Məhəmməd ibn Əli Əsvəd də o məclisdə iştirak edərdi. Mənim halal-haramla bağlı suallara sürətli cavabımı gördükdə yaşımın azlığına görə təəccüblənər, sonra isə belə deyərdi: “Burada təəccüblü bir şey yoxdur. Çünki sən İmamın (ə) duası ilə dünyaya gəlmisən”.[13]
Şeyx Tusi “əl-Ğeybə” əsərində başqa bir sənədlə Qum hədis şeyxlərindən belə nəql edir:
“Əli ibn Hüseyn ibn Musa ibn Babəveyh öz əmisi Məhəmməd ibn Musa ibn Babəveyhin qızı ilə evli idi. Lakin övladı olmurdu. Şeyx Əbülqasim Hüseyn ibn Ruha - Allah ondan razı olsun - məktub yazaraq ondan istədi ki, Allahdan ona fəqih övladlar verməsini istəsin. Ona belə bir cavab gəldi: “Sənin bu qadından övladın olmayacaq. Deyləmdən bir kənizə malik olacaqsan. Ondan iki fəqih övladın olacaq”.
Əbu Abdullah ibn Səvrə mənə belə dedi: “Əbülhəsən ibn Babəveyhin[14] - Allah ona rəhmət etsin - üç övladı var. Məhəmməd[15] və Hüseyn[16] fəqih və hifz etməkdə çox mahir biridirlər. Onlar Qum əhlindən digərlərinin hifz edə bilmədiklərini hifz edirlər. Həsən adlı bir qardaşları da var. İbadətlə məşğul olan zahid biridir. İnsanlara qarışmır. Fəqih deyil”.
İbn Səvrə belə deyir: “Hər dəfə Əbu Cəfər[17] və Əbu Abdullah[18] bir şey nəql etdikdə insanlar onların hifzindən təəccüblənərdi və onlara: “sizin bu xüsusiyyətiniz İmamın (ə) duasına görədir”, – deyərdilər. Bu hadisə Qum əhli arasında geniş yayılmış bir hadisədir”.[19]
Şeyx Nəcaşi Şeyx Səduqun atası Əli ibn Hüseyn ibn Babəveyh Qumminin tərcümeyi-halını yazarkən bu hadisəyə toxunmuş və belə yazmışdır:
“Öz zəmanəsində Qum alimlərinin şeyxi, irəlidə gələni, fəqihi idi. Etimad olunan biri olmuşdur. İraqa gəldikdə Əbülqasim Hüseyn ibn Ruh ilə bir araya gəlmiş və ondan bir çox məsələ haqqında soruşmuşdur. Bundan sonra onunla Əli ibn Cəfər ibn Əsvədin əli ilə məktublaşaraq ondan yazdığı məktubu Sahibəzzamana (ə) çatdırmasını istəmiş və orada Sahibəzzamandan (ə) övlad istəmişdir. Məktubun cavabında belə yazılmışdı: “Bunun üçün sənə dua etdik. İki xeyirli oğlun olacaq”. Kəniz qadından onun Əbu Cəfər[20] və Əbu Abdullah adlı iki oğlu dünyaya gəldi. Əbu Abdullah Hüseyn ibn Übeydullah belə deyərdi: “Əbu Cəfərin (Şeyx Səduqun) belə dediyini eşitdim: “Mən Sahibəzzamanın (ə) duası ilə dünyaya gəlmişəm”. O, bununla fəxr edirdi”.[21]
Seyid Bəhrululum özünün rical kitabında Şeyx Səduqun İmam Zamanın (ə) duası ilə dünyaya gəlməsi barədə olan rəvayətləri qeyd etdikdən sonra belə yazır:
“Bu hədislər Səduqun böyük məqama malik olmasına və onun İmamın (ə) imamət dəlillərindən biri olmasına dəlalət edir. Çünki onun İmamın (ə) duası ilə dünyaya gəlməsi və İmamın (ə) onun xüsusiyyətlərini (o dünyaya gəlməmiş) bəyan etməsi İmamın (ə) möcüzələrindən biridir. İmamın (ə) Səduqu fəqihlik, xeyir və bərəkətlə vəsf etməsi isə Səduqun ədalətinə və siqə (hədis nəqlində etibarlı) olmasına olan dəlillərdəndir. Çünki Səduqdan (hədis rəvayəti və verdiyi fətva baxımından) çıxan mənfəət yalnız bu ikisində də şərt olan ədalət sifətinə bağlıdır. Bu, İmam və Höccətin (ə) Səduqun etimad olunan biri olması barədəki şəhadətidir. Elə buna görə də bu, şəhadət yetərlidir”.[22]
Böyük mərceyi-təqlid, fəqihlərin ustadı Ayətullah Seyid Əbülqasim Xoyi Şeyx Səduqun İmam Zamanın (ə) duası ilə dünyaya gəlməsi barədə yuxarıda qeyd etdiyimiz rəvayətləri sadaladıqdan sonra belə yazır:
“Axırıncı rəvayətdən (Şeyx Tusinin “əl-Ğeybə” əsərində qeyd etdiyi rəvayətdən) belə anlaşılır ki, Məhəmməd ibn Əli ibn Hüseynin (Şeyx Səduqun) İmamın (ə) duası ilə dünyaya gəlməsi geniş yayılmış və alimlər tərəfindən qəbul olunmuş bir məsələdir. Bu da onun böyük məqama malik olması üçün kifayətdir. Niyə də böyük məqama malik olmasın?! Bir halda ki İmam (ə) onun atasının iki xeyirli övlada sahib olacağını xəbər vermişdi. Necə ki Nəcaşi Şeyx Səduqun atası Əli ibn Hüseyn haqqında məlumat verərkən bunu qeyd etmişdi. Həmçinin Şeyx Tusinin nəql etdiyi ilk rəvayətdə deyildiyi kimi, İmam (ə) xəbər vermişdi ki, atasının bərəkətli bir övladı olacaq və Allah onun vasitəsilə insanlara mənfəət verəcək. Həmçinin Şeyx Tusinin nəql etdiyi ikinci rəvayətdə də qeyd olunduğu kimi, İmam (ə) xəbər vermişdi ki, atası iki fəqih övlada sahib olacaq. Mən əminəm ki, Məhəmməd ibn Əlinin “səduq” (çox doğru danışan) ləqəbi ilə məşhurlaşması onun digər alimlərdən fərqləndiyi və ona məxsus olan bu fəzilətinə görədir”.[23]
Şeyx Səduqun təvəllüdü və həyatı
Şeyx Səduq Qum şəhərində, elm əhli olan bir ailədə İmam Zamanın (ə) duası ilə dünyaya gəlmişdir. Onun dünyaya gəlmə tarixi tam dəqiq bilinmir. Lakin Şeyx Səduqun özünün və digər alimlərin onun İmam Zamanın (ə) duası ilə dünyaya gəlməsi barədə nəql etdiklərindən məlum olur ki, o, İmam Zamanın (ə) ikinci səfiri Məhəmməd ibn Osman Əmrinin vəfatından sonra, üçüncü səfir Əbülqasim Hüseyn ibn Ruhun səfirliyinin əvvələrində dünyaya gəlib. Bu da hicri 305-ci ildən sonraya təsadüf edir.[24]
Bəzi təhqiqatçılar bioqrafiya alimlərindən Şeyx Səduqun doğum ilinin hicri 305 və 311-ci illər arası olduğunu nəql etmişlər.[25]
Ömrünün ilk hissəsini doğulduğu Qum şəhərində keçirmiş və ilk təhsilini Qum şəhərinin böyük və seçilmiş alimlərindən olan atası Əli ibn Hüseyn ibn Musa ibn Babəveyhdən almışdır. Gənc yaşlarından öz xüsusi istedadı, zəkası və yaddaşı ilə həmyaşıdlarından fərqlənirdi. Bu xüsusiyyətlərdə ona bənzər olan yalnız qardaşı Hüseyn ibn Əli ibn Babəveyh idi. Buna görə də yuxarıda da qeyd etdiyimiz kimi bu iki qardaşın xüsusi istedadını görən şəxslər onlara: “sizin bu xüsusiyyətiniz İmamın (ə) duasına görədir”, – deyərdilər.
Şeyx Səduq Qum şəhərində Məhəmməd ibn Həsən ibn Əhməd ibn Vəlid və şəhid Zeydin övladlarından olan Həmzə ibn Məhəmməd Ələvi kimi böyük hədis şeyxlərinin hədis məclislərində iştirak etmiş və onlardan hədis nəql etmişdir. Şeyx Səduq Qum şəhərində ömrünün bir hissəsini keçirdikdən sonra müxtəlif şəhərlərə səyahətə çıxmış və o şəhərlərin hədis şeyxlərindən hədislər nəql etmişdir.
Qum şəhərindən köçmə tarixi dəqiq məlum olmasa da, hicri 339-cu ilin rəcəb ayına qədər Qum şəhərində olması məlumdur. Çünki həmin tarixdə Qum şəhərinin böyük hədis şeyxlərindən olan Həmzə ibn Məhəmməd Ələvidən hədis nəql etmişdir.[26]
Qum şəhərində böyüyüb başa çatdıqdan sonra köçdüyü ilk şəhər Rey[27] olmuşdur. Şeyx Səduqu buraya Büveyhi dövlətinin başçısı Rüknüddövlə Büveyhi və Rey şəhərinin əhli dəvət etmişdir. Burada bir müddət yaşamış və buranın əhalisinə dini elmlər öyrətməklə yanaşı, bu şəhərdə olan hədis şeyxlərindən də hədis öyrənmiş və nəql etmişdir. Bura gəlmək və burada qalmaq tarixi tam dəqiq məlum olmasa da, Şeyx Səduq özünün “Əmali” kitabında nəql etdiyi hədisin sənədində bu hədisi Rey şəhərinin hədis şeyxlərindən olan Məhəmməd ibn Əhməd ibn Əli ibn Əsəd Əsədidən hicri 347-ci ildə Rey şəhərində nəql etdiyini qeyd etmişdir.[28] Bu da həmin ildə Şeyx Səduqun Rey şəhərində olmasını göstərir.
Şeyx Səduqun bundan sonrakı səfəri İmam Rzanın (ə) mübarək məzarını ziyarət etmək üçün Xorasan vilayətinə olmuşdur. Belə ki, o özü “Uyunu-əxbarir-Rza” adlı əsərində bu barədə belə qeyd edir:
“Səadətli əmir Rüknüddövlədən İmam Rzanın (ə) məzarını ziyarət etmək üçün icazə aldım. O da hicri 352-ci ilin rəcəb ayında mənə icazə verdi”.[29]
Lakin bu ziyarət səfəri əsnasında belə o, elm öyrənməkdən və Əhli-beyt (ə) maarifini insanlar arasında yaymaqdan əl götürməmişdi. Belə ki, Məşhəd şəhərinə çatmamış bir müddət Nişapur şəhərində qalmış və oranın hədis şeyxlərindən hədis nəql etmişdir.[30] Bu, hicri 352-ci ilin şaban ayına təsadüf etmişdir.[31]
İmam Rzanı (ə) ziyarət etdikdən sonra İraqa doğru yönəlmiş və elə bu ilin sonları həmin dövrdə “Mədinətus-səlam” adlanan Bağdad şəhərinə daxil olmuşdu.[32] Şeyx Səduqun Bağdad şəhərinə hicri 352-ci ildə gəlməsi onun öz istinadında qeyd etdiyinə əsaslanır. Lakin Şeyx Nəcaşi Səduqun Bağdada gəlmə tarixini hicri 355-ci ildə qeyd etmişdir.[33] Bu səbəbdən də bəzi təhqiqatçılar onun Bağdada iki dəfə səfər etdiyini və ikinci səfərinin hicri 355-ci ildə həcc səfərindən qayıdarkən baş verdiyini yazmışlar.[34] Bağdadın hədis şeyxləri Səduqun yaşının az olmasına baxmayaraq, ondan hədis nəql edirdilər. Bəzi alimlər Şeyx Nəcaşinin Səduqun Bağdada daxil olarkən az yaşının olmasını qeyd etdiyinə görə ona irad tutmuşlar. Çünki bu zaman Səduqun yaşı 40-ı ötmüşdü. Lakin mümkündür ki, Şeyx Nəcaşi onun barədə “yaşının az olmasına baxmayaraq, məzhəbimizin şeyxləri ondan hədislər eşitmişlər (nəql etmişlər)” sözlərini qeyd edərkən ondan hədis nəql etmiş hədis şeyxlərinə nisbətən yaşının az olmasını nəzərə almışdır.
Səduq Bağdaddan sonra hicri 354-cü ildə Allah evini ziyarət üçün Məkkə şəhərinə yollanmışdır. Bu səfəri əsnasında Mədinə şəhərini də ziyarət etmişdi. Həcc səfərindən qayıdarkən Məkkə və Kufə şəhərlərinin arasında yerləşən və adətən İraqdan Məkkə şəhərinə yola düşən zəvvarların yolunun üstündə yerləşən Feyd şəhərinə daxil olmuş və oranın hədis şeyxlərindən hədis nəql etmişdir.[35]
Həmin il Səduq Kufə şəhərinə də daxil olmuş və orada çoxlu hədis şeyxlərindən hədislər nəql etmişdir.[36]
Eyni ildə öz vətəninə qayıdarkən Həmədan şəhərində də qalmış və oranın da hədis şeyxlərindən hədis nəql etmişdir.[37]
Şeyx Səduqun Rey şəhərinə qayıtdıqdan sonra yenidən Bağdad şəhərinə qayıdıb-qayıtmaması barədə təhqiqatçılar arasında müxtəlif görüşlər mövcuddur. Buna səbəb yuxarıda da qeyd etdiyimiz kimi Şeyx Nəcaşinin Səduq barədə məlumat verərkən onun Bağdada 355-ci ildə daxil olmasını qeyd etməsidir. Lakin bəzi böyük alimlər bu tarixin səhv olması və burada 352-ci ilin qeyd olunmalı olduğuna işarə etmişlər.[38] Nəcaşinin qeyd etdiyi tarixin səhv olmasını qüvvətləndirən əlamətlərdən biri də budur ki, Şeyx Səduqun heç bir kitabında və nəql etdiyi hədislərin isnadında onun bu tarixdə Bağdadda olmasını təsdiqləyən bir söz tapılmayıb.[39]
Hicri 367-ci ilə qədər Reydə qalan Şeyx Səduq burada Əhli-beyt (ə) maarifini yaymağa davam etmiş, müxtəlif hədis məclisləri qurmuş və kitablar yazmışdır. Səduqun “Əmali”[40] kitabından məlum olur ki, bu kitabın ilk 24 məclisini Reydə yazdırmışdır. Çünki birinci məclis hicri 367-ci ilin rəcəb ayının 18-i, cümə günündə olmuşdur.[41] “Əmali”nin 24 məclisini burada imla dedikdən sonra[42] İmam Rzanın (ə) müqəddəs məzarını ziyarət etmək üçün Məşhəd şəhərinə getmişdir. “Əmali”nin 25 və 26-cı məclislərini Məşhəd şəhərində imla demişdir.[43] Bundan sonra isə Məşhəddən qayıtmışdır.[44] Səduq üçüncü dəfə İmam Rzanın (ə) ziyarəti üçün Məşhəddə olmuş və “Əmali”nin 94-cü məclisini burada imla demişdir. Bu onun dörd ildən uzun çəkən Mavəraünnəhrə etdiyi səfərdən öncə idi.[45] Lakin Şeyx Səduq bu iki Məşhəd ziyarəti arasında Nişapur şəhərində olmuş və “Əmali” kitabının bəzi məclislərini bu şəhərdə imla demişdir.[46] Adı qeyd olunan kitabın 93-cü məclisinin sonunda isə belə qeyd edir: “Bunun şərhini və təfsirini Allahın köməkliyi ilə səfərimdən Nişapura qayıda bilsəm, o zaman imla deyəcəyəm”.[47]
Məşhəd ziyarətindən sonra Şeyx Səduq Mavəraünnəhrə[48] səfərə çıxmışdır. Bu səfərə dəqiq hansı tarixdə çıxması məlum olmasa da, bunun hicri 368-ci ilin şaban ayının 19-dan sonra olması məlumdur. Çünki Şeyx qeyd edilən tarixdə Məşhəddə olmuş və “Əmali” kitabının son məclisi olan 97-ci məclisi qeyd edilən tarixdə imla demişdir. Bu onun uzun çəkən səfərlərindən biridir. Səfər əsnasında daxil olduğu şəhərlərin tərtibi və orada qalma müddəti tam məlum deyil. Lakin Səduqun öz kitablarında qeyd etdiyi isnadlardan məlum olur ki, bu səfər əsnasında aşağıda qeyd olunan şəhərlərdə olmuşdur:
Sərəxs[49], Mərv[50], Mərvəruz[51], Bəlx[52], Səmərqənd[53], İlaq[54], Fərqanə[55], Axsikes[56] və s.
Şeyx Səduq səfər etdiyi hər bir şəhərdə oranın istər şiə, istərsə də sünni hədis şeyxlərindən hədislər öyrənər, həmçinin özü orada olan şəxslərə Əhli-beytdən (ə) nəql olunmuş hədisləri nəql edər və imla etdirərdi. Səduqun bir çox kitablarına müraciət etsək, bu dediyimizin şahidi ola bilərik. Məsələn, Səduqun özünün qeyd etdiyi kimi Nişapur şəhərində olarkən onun yanına gələn bir çox insanın İmam Zamanın (ə) qeybdə olması ilə bağlı şübhələrinin olmasını görür və bu şübhələrə cavab verərək onları Peyğəmbər (s) və onun Əhli-beytindən (ə) İmam Zamanın (ə) qeybdə olacağı ilə bağlı nəql olunmuş hədislərlə tanış edir. Hətta Qum əhlindən olan və Buxaradan Nişapura gəlmiş elm və fəzilət əhli Şeyx Nəcməddin Əbu Səid Məhəmməd ibn Həsən ona Buxarada görüşdüyü fəlsəfə və məntiq əhli olan bir şəxsin İmam Zaman (ə) barədə, onun uzun çəkən qeybi və ondan xəbərin olmaması haqqında suallar verdiyini və bu sualların onu şəkkə saldığını bildirir. Şeyx Səduq onun suallarına qaneedici cavab verdikdən sonra Şeyx Nəcməddin Şeyx Səduqdan bu barədə kitab yazmasını istəyir və Şeyx Səduq da onun bu istəyinə müsbət cavab verib “Kəmalud-din” kitabını yazır.[57]
Başqa bir misal isə Şeyx Səduqun ən məşhur kitablarından biri olan və dörd əsas kitabdan (“kutubu-ərbəə”dən) biri olan “Mən la yəhzuruhul-fəqih” kitabıdır. Şeyx bu kitabı yuxarıda qeyd etdiyimiz Mavəraünnəhrə etdiyi dörd ildən uzun sürən səfəri əsnasında yazmışdır. O, Bəlx vilayətinin İlaq qəsəbəsində Nimə ləqəbi ilə məşhur olan Məhəmməd ibn Həsən Ələvi ilə görüşmüş və aralarındakı söhbət əsnasında Məhəmməd ibn Həsən Ələvi ona zəmanəsinin böyük təbiblərindən olan Məhəmməd ibn Zəkəriyya Mütətabbib Razinin tibb barədə yazdığı “Kitabu-mən la yəhzuruhut-təbib” (Yanında təbib olmayan şəxsin kitabı) kitabı barədə məlumat vermiş və kitabın elə adında qeyd olunduğu kimi əhatəli olduğunu bildirmişdir. Məhəmməd ibn Həsən Ələvi Şeyx Səduqdan şəriət hökmləri və halal-haram barədə nəql etdiyi hədislərin hamısını özündə ehtiva edən bir kitab yazmasını və adını da “Kitabu-mən la yəhzuruhul-fəqih” (Yanında fəqih olmayan şəxsin kitabı) adlandırmasını xahiş etmişdir. Səduq da onun bu istəyini yerinə yetirmişdi.[58] Bu kitab elə səfər əsnasında yazılıb tamamlanmışdı. Çünki həmin kitabın bəzi nüsxələrində kitabın hədis mətni bitdikdən sonra bu kitabın Bəlx bölgəsinin İlaq qəsəbəsində müəllif tərəfindən Məhəmməd ibn Həsənə oxunması qeyd edilərkən hicri 372-ci ilin zilqədə ayı yazılmışdır.[59]
Şeyx Səduq özünün bu uzun və məşəqqətli səfərindən sonra Rey şəhərinə qayıtmış və ömrünün axırına kimi orada qalmışdır. Hicri 381-ci ildə Rey şəhərində vəfat etmiş[60] və orada Həzrət Əbdüləzim Həsəninin məqbərəsinə yaxın bir yerdə dəfn olunmuşdur. Hal-hazırda onun qəbri insanların ziyarətgahına çevrilmişdir.
Şeyx Səduqun qəbrinin açılması
Şeyx Səduqun böyük elm, kəramət və məqam sahibi olmasının dəlillərindən biri də onun qəbrinin açılması ilə bağlı olan hadisədir. Belə ki, böyük alim və “Tənqihul-məqal” adlı rical elminə aid ensiklopedik əsərin müəllifi Şeyx Abdullah Mamaqani belə yazır:
“Dediklərimizdən əlavə Şeyx Səduqun məqamının ucalığına şahidlik edən məsələlərdən biri də qırx il öncə mənə səhih sənədlə, sözünə güvənilən və ədalətli biri olan Seyid İbrahim Ləvasani Tehranidən nəql olunmuş hadisədir. Belə ki, hicri 1300-cü illərin axırında sel Şeyx Səduqun qəbrini dağıtmış və onun şərafətli cəsədi aşkar olmuşdu. Seyid İbrahim də onun qəbrinə daxil olanlardan, onun cəsədinin tam və heç bir dəyişikliyə uğramadan qaldığını görən şəxslərdən biri olmuşdu. Elə bil həmin an ruhu bədənindən çıxmışdı. Mübarək saqqalındakı hənanın izi və ayaqlarının altındakı hənanın sarılığı hələ də qalırdı. Kəfəni isə çürümüşdü. Hörümçək övrətinin üstündə tor qurmuşdu. Bu kişinin iki kəramətinə nəzər et - Allah sənə rəhm etsin - onlardan biri onun cəsədinin təqribən 900 il ərzində çürüməməsi və dəyişilməməsi, digəri isə aləmlərin Rəbbinin əmri ilə hörümçəyin onun övrətinin üzərində onun görünməməsi və hörmətinin aradan getməməsi üçün tor qurmasıdır”.[61]
Bu barədə Şeyx Abbas Qummi isə belə yazır: “Bu son illərdə, təqribən h. 1238-ci ildə onun (Şeyx Səduqun) qəbrində bir dəlik açılmış, alimlərdən və bəsirət sahiblərindən bir çoxu onun cəsədinin təzə qaldığını müşahidə etmişlər. Bu təkcə məşhur olan bir hadisə deyil, doğruluğunda heç bir şəkk-şübhə olmayan bir hadisədir”.[62]
“Rovzatul-cinan” kitabının müəllifi Şeyx Məhəmmədbaqir Xonsari (vəfatı h.1313) isə Şeyx Səduqun qəbrinin sel nəticəsində açılması və mübarək cəsədinin təzə qalması barədə olan hadisəni gözü ilə görmüş böyüklərdən təfsilatı ilə nəql etmişdir. Onun qeyd etdiyinə əsasən, bu xəbər dövrün şahı olan Fətəli şah Qacara yetişmiş və o, dövlətin əyan-əşrafı ilə birgə məzarın yerləşdiyi yerə gəlmişdi. Ətrafındakı şəxslərin məsləhəti ilə özü cəsədin yerləşdiyi sərdaba daxil olmasa da, bu hadisənin doğruluğunu yoxlamaq üçün şəhərin tanınmış şəxslərinə və alimlərinə sərdaba daxil olmaları göstərişini vermişdi. Daha sonra sərdabda yaranmış dəliyin örtülməsi və Şeyx Səduqun məzarı üstündə məqbərə tikilməsi əmr etmişdi.[63]
Elmi əsərləri
Öz həyatının böyük bir hissəsini müxtəlif şəhərlərə səyahət etməklə, orada olan hədis şeyxlərindən Peyğəmbər (s) və Əhli-beytinin (ə) hədis incilərini toplamaq və bir çox məntəqələrdə Əhli-beyt (ə) maarifini insanlar arasında yaymaqla keçirməsinə baxmayaraq, Şeyx Səduq özündən sonrakı nəsillər üçün də hədislərdən ibarət zəngin bir irs qoyub getmişdir. Şeyx Tusi “Fehrest”, Əllamə Hilli isə “Xülasətul-əqval” kitabında Şeyx Səduqun 300-ə yaxın əsərinin olduğunu qeyd etmişdir.[64] Şeyx Tusi bu əsərlərdən yalnız 60-dan çoxunun adını zikr edib. Şeyx Nəcaşi isə Səduqun kitablarının sayını qeyd etməyərək yalnız “onun çoxlu kitabları var” deməklə kifayətlənmiş, bundan sonra isə 200-ə yaxın kitab adı qeyd etmişdir.[65]
Şeyx Səduqun əlimizdə olan kitablarında yazdığı əsərlərin hamısının dəqiq sayı yoxdur. Lakin onun “Mən la yəhzuruhul-fəqih” kitabına yazdığı müqəddimədə kitablarının 246-dan çox olduğu məlum olur. Belə ki, Şeyx Səduq həmin müqəddimədə yazdığı kitablardan yanında olanının 245 ədəd olduğunu qeyd edir.[66] Burada Şeyxin sözünə diqqət etsək, görərik ki, Şeyx özünün o vaxtadək yazdığı bütün kitabların sayını qeyd etmir, yalnız yanında olan kitablarının sayını qeyd edir. Nəzərə alsaq ki, Şeyx bu sözü Bəlxə etdiyi səfərdə qeyd edir, o zaman həmin vaxta qədər Şeyxin yazdığı və yanında daşımadığı ayrı kitablarının da olması mümkündür. Lap Şeyxin yazdığı bütün kitablarını yanında daşıdığını da qəbul etmiş olsaq, yenə də onun bütün kitablarının bu qədər olması inandırıcı deyil. Çünki bu qeyd etdiyi kitablardan əlavə “Mən la yəhzuruhul-fəqih” kitabını yazmış və bununla da 246 kitabının olması Şeyxin öz şəhadəti ilə təsdiqlənmiş olur. Bundan əlavə Şeyx Səduqun Bəlxə səfəri haqqında məlumat verərkən qeyd etdiyimiz kimi Səduq bu kitabı hicri 372-ci ildə, yəni ölümündən 9 il öncə bitirmişdir. Şeyx Səduq kimi ömrünü Əhli-beyt (ə) maarifinə və kitab yazmağa sərf etmiş şəxsin bu 9 il ərzində də başqa kitablar yazmaması o qədər də inandırıcı görünmür.
Şeyx Səduqun kitabları bir çox xüsusiyyətə malikdir. Bu xüsusiyyətlərdən bəzilərini aşağıda qeyd edirik:
Yuxarıda da qeyd etdiyimiz kimi Şeyx Səduqun qələmə aldığı kitabların sayı 300-ə yaxın olmuşdur. Şeyx Səduqu tanıyan və onun yazdığı kitablar haqqında məlumatı olan hər bir şəxsi təəssüfləndirən hal budur ki, onun qələmə aldığı kitabların böyük əksəriyyəti günümüzə gəlib çatmayıb. Səduqun hal-hazırda əlimizdə olan və günümüzdə böyük faydaları toxunan kitabları onun qələmə aldığı çoxsaylı kitabların çox cüzi hissəsidir. Bu kitabların çoxunun aradan getməsi elm və onun əhli üçün böyük bir itkidir. Əziz oxucunun necə böyük xəzinələrin bizə gəlib çatmamasını bilməsi üçün aradan getmiş həmin kitabların müxtəlif əhəmiyyətli mövzularda qələmə alınmışlarından bəzi nümunələri qeyd edəcəyik. Bu kitablar haqda daha geniş məlumat əldə etmək istəyənlər isə bu barədə yazılmış müfəssəl kitablara müraciət edə bilərlər.[67]
Şeyx Səduqun günümüzə gəlib çatmayan kitablarından bəziləri:
“Üsulumuz (əsli qaynaq kitablarımız) beşdir: “Əl-Kafi”, “Mədinətul-elm”, “Kitabu-mən la yəhzuruhul-fəqih”, “ət-Təhzib” və “əl-İstibsar”. Bu kitablar Peyğəmbərdən (s) və məsum imamlardan (ə) bizim yanımızda nəql olunmuş hədislərin əksəriyyətini və ən əhəmiyyətli hissəsini özündə ehtiva edir”.[71]
Bu kitab nəinki əsas dörd kitabın sayını artıracaqdı, hətta Şeyx Tusinin yuxarıda qeyd etdiyimiz sözünə əsasən əlimizə gəlib çatmış dörd əsas kitabdan biri olan və Şeyx Səduqun özünün qələmə aldığı “Mən la yəhzuruhul-fəqih” kitabından daha iri həcmli bir kitab olacaqdı.
Şeyx Bəhainin atası Şeyx Hüseyn ibn Əbdüssəmədin sözündən belə anlaşılır ki, bu kitab onun zamanına kimi mövcud idi. Bu da hicri 10-cu əsrə təsadüf edir. Lakin sonrakı dövrdə bu kitab itmiş və bir çox alimlər tərəfindən axtarılsa da, hələ də tapılmamışdır. Əllamə Məclisi və höccətül-İslam Şufti adı ilə məşhur olan Seyid Məhəmmədbaqir İsfəhani bu kitabı tapan şəxs üçün böyük bir mükafat təyin etsələr də, kitabı tapan olmamışdır.[72] Bu kitabdan bəzi alimlərimiz öz kitablarında hədis nəql etmişlər. Son illərdə Həzrət Əbülfəzl Abbasın (ə) hərəminə tabe olan müəssisə tərəfindən müxtəlif kitablarda “Mədinətul-elm” kitabından nəql olunmuş hədislər cəm edilmiş və “Ma vəsələ iləyna min kitabi Mədinətil-elm” adı ilə çap edilmişdir.
Şeyx Səduqun günümüzə gəlib çatan əsərləri
Əllamə Məclisi “Biharul-ənvar” kitabının əvvəlində kitabda istifadə etdiyi mənbələri qeyd edərkən Şeyx Səduqun müəllifi olduğu kitablar barədə belə yazır:
“Uyunu-əxbarir-Rza” kitabı, “İləluş-şəraye vəl-əhkam” kitabı, “İkmalud-din və itmamun-nimə fil-ğeybə” kitabı, “Tovhid” kitabı, “Xisal” kitabı, “Əmali vəl-məcalis” kitabı, “Səvabul-əmal və iqabul-əmal” kitabı, “Məanil-əxbar” kitabı, “əl-Hidayə” kitabı, “Risalətul-əqaid” kitabı, “Sifatuş-şiə” kitabı, “Fəzailuş-şiə” kitabı, “Musadiqətul-ixvan” kitabı, “Fəzailul-əşhuris-səlasə” kitabı, “ən-Nusus” kitabı, “əl-Muqni” kitabı. Bu kitabların hamısı Şeyx Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Babəveyh Qumminindir”.[92]
Məşhur “Vəsailuş-şiə” kitabının müəllifi, böyük mühəddis Şeyx Hürr Amili özünün “Əməlul-amil fi uləmai Cəbəlil-Amil” kitabında Şeyx Səduqun ona yetişmiş olan kitabları haqqında belə yazır:
“Mən onun mənə gəlib çatmış kitablarını burada qeyd edirəm: “Mən la yəhzuruhul-fəqih” kitabı, “Uyunu-əxbarir-Rza” kitabı, “Məanil-əxbar” kitabı, onun və atasının qələmə aldığı “Hüququl-ixvan” kitabı, “Xisal” kitabı, ona nisbət verilən “ər-Rovzə fil-fəzail” kitabı, “İkmalud-din və itmamun-nimə” kitabı, “Əmali” kitabı, bu kitab “əl-Məcalis” də adlanır, “İləluş-şəraye vəl-əhkam vəl-əsbab” kitabı, “Səvabul-əmal” kitabı, “İqabul-əmal” kitabı, “Tovhid” kitabı, “Sifatuş-şiə” kitabı, “Etiqadat” kitabı, “Fəzailu-rəcəb” kitabı, “Fəzailu-şaban” kitabı, “Fəzailu-şəhri-ramazan” kitabı. Onun digər kitabları isə bizə gəlib çatmamışdır”.[93]
Şeyx Səduqun qələmə aldığı və günümüzə qədər gəlib çatan kitablarının bir hissəsi barədə qısa məlumat
“Əl-Etiqadat” kitabı
Şeyx Tusi bu kitabı qeyd etmişdir.[94] İbn Şəhraşub isə bu kitabı “əl-Etiqad” adı ilə zikr etmişdir.[95]
Şeyx Ağabozorg Tehrani bu kitab barədə belə yazır:
“Şeyx Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Babəveyhin (v. hicri 381 - Rey şəhərində) “əl-Etiqadat” kitabı dəfələrlə çap edilmişdir. Əvvəli “Həmd olsun aləmlərin rəbbi olan Allaha, O, təkdir, şəriki yoxdur” cümlələri ilə başlayır. Hicri 368-ci ildə, şaban ayının 12-si, cümə günü Nişapur şəhərində təşkil olunan məclisdə bu kitabı imla etmişdir. Bunun da səbəbi məclisdə olan şeyxlərin ondan İmamiyyə məzhəbinin əqidələrini qısa şəkildə bəyan etməsini ondan xahiş etmələri olmuşdur. Buna görə də Şeyx Tusi “Fehrest” kitabında bu kitabı “Dinul-imamiyyə” adlandırmışdır. Burada nicat tapacaq firqənin (imamiyyə firqəsinin) bütün etiqadi məsələlərini, zəruri və qeyri-zəruri, ittifaq edilmiş və ittifaq edilməmiş etiqadi məsələləri qeyd etmişdir. Sonda isə belə demişdir: “Allah səfərimdən Nişapura qayıtmağı mənə nəsib etsə, bunun şərhini və təfsirini imla edəcəyəm”. Lakin onun çoxlu əsərləri içində bu kitaba yazdığı şərh yoxdur. Bəlkə də, bu şərhi yazmağa müvəffəq olmamışdı. Buna görə də Şeyx Mufid bu kitaba şərh yazmışdır. Bu kitabın çoxlu şərhləri var”.[96]
Bu kitab “Əhli-beyt maarifi” nəşrləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir.
“Əmali” kitabı
Şeyx Tusi[97] və İbn Şəhraşub[98] kitabı bu adla qeyd etmişdir. Nəcaşi isə kitabın adını “əl-Ərz əla (və ya fi) əl-məcalis” olaraq zikr etmişdir.[99] Kitab “Məcalis” adı ilə də məşhurdur.[100] Kitab 97 məclisdən ibarətdir. Hər bir məclisin əvvəlində imlanın hansı ilin hansı ayında baş verdiyi qeyd edilir. İlk məclis cümə günü, 18 rəcəb, h. 367-ci ildə, sonuncu məclis isə cümə axşamı günü, 19 şaban, h. 368-ci ildə olmuşdur.
“Əmali” kitabı “Əhli-beyt maarifi” nəşrləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir.
“Fəzailuş-şiə” kitabı
Şeyx Ağabozorg Tehrani bu kitabı qeyd etmiş və onun “Fəzluş-şiə” də adlandığını bildirmişdir. Kitabdan Əllamə Məclisi və Şeyx Hürr Amili hədislər nəql etmişlər. [101]
Şeyx Səduq bu kitabda Əmirəlmöminin Əlinin (ə) və onun övladları olan digər 11 imamın (ə) imamətini qəbul etmək sayılan şiəliyin fəzilətləri barədə nəql olunmuş hədisləri toplamışdır.
“Fəzailuş-şiə” kitabı Şeyx Səduqun qələmə aldığı “Sifatuş-şiə” adlı digər bir kitabla birgə “Şiənin fəzilət və xüsusiyyətləri” adı ilə “Əhli-beyt maarifi” nəşrləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir.
“Xisal” kitabı
Şeyx Səduqun bu kitabını onun özü, Nəcaşi,[102] Şeyx Tusi[103] və İbn Şəhraşub[104] zikr etmişdir. Şeyx Səduq özünün “Mən la yəhzuruhul-fəqih” kitabında belə deyir: “Bu hədisi “Xisal” kitabında 10 rəqəminə aid olan babda qeyd etmişəm”.[105] “Uyunu-əxbarir-Rza” kitabında belə yazır: “Bu hədislərin sənədləri “Xisal” kitabında qeyd olunub”.[106]
Kitab əxlaqi xüsusiyyətləri özündə əks etdirən hədislər toplusudur. Müəllif kitabda 1, 2, 3 və 400-ə kimi digər rəqəmlərlə bağlı olan xüsusiyyətləri özündə ehtiva etmiş hədisləri həmin rəqəmə uyğun babda yerləşdirmişdir.
“Xisal” kitabı “Əhli-beyt maarifi” nəşrləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir.
“İləluş-şəraye” kitabı
Nəcaşi[107] və Şeyx Tusi[108] bu kitabı “İləluş-şəraye” adı ilə qeyd etmişdir. Şeyx Səduqun özü[109] və İbn Şəhraşub[110] isə kitabı “İləluş-şəraye vəl-əhkam vəl-əsbab” adı ilə zikr etmişdir.
Müəllif bu kitabda müxtəlif hökmlərin və hadisələrin səbəb və hikmətləri barədə nəql olunmuş hədisləri toplamışdır.
“İləluş-şəraye” kitabı “Əhli-beyt maarifi” nəşrləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir.
“İqabul-əmal” kitabı
Şeyx Səduq,[111] Nəcaşi,[112] Şeyx Tusi[113] və İbn Şəhraşub[114] bu kitabı qeyd etmişlər.
Şeyx Səduq bu kitabda müxtəlif pis əməllərin cəzası barədə nəql olunmuş hədisləri toplamışdır. Bu səbəbdən də kitabın adını əməllərin cəzası mənasını verən “İqabul-əmal” adı ilə adlandırmışdır. Bu kitab adətən müəllifin müxtəlif yaxşı əməllərin mükafatı barədə nəql olunmuş hədisləri topladığı “Savabul-əmal” kitabı ilə birgə nəşr olunur.
“İqabul-əmal” kitabı Şeyx Səduqun qələmə aldığı “Səvabul-əmal” kitabı ilə birgə “Əhli-beyt maarifi” nəşrləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir.
“Səvabul-əmal” kitabı
Nəcaşi,[115] Şeyx Tusi[116] və İbn Şəhraşub[117] bu kitabı qeyd etmişlər.
Şeyx Səduq bu kitabda müxtəlif yaxşı əməllərin mükafatları barədə nəql olunmuş hədisləri toplamışdır. Bu səbəbdən də kitabın adını əməllərin mükafatı mənasını verən “Səvabul-əmal” adı ilə adlandırmışdır. Kitab adətən müəllifin müxtəlif pis əməllərin cəzası barədə nəql olunmuş hədisləri topladığı “İqabul-əmal” kitabı ilə birgə nəşr olunur.
“Səvabul-əmal” kitabı Şeyx Səduqun qələmə aldığı “İqabul-əmal” kitabı ilə birgə “Əhli-beyt maarifi” nəşrləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir.
“Kəmalud-din” kitabı
Şeyx Səduq digər kitablarında bu kitabı “Kəmalud-din və təmamun-nimə fi isbatil-ğeybə və kəşfil-hiyrə”adlandırmışdır.[118] İbn Şəhraşub kitabın adını “Kəmalud-din” olaraq qeyd etmişdir.[119] Şeyx Ağabozorg Tehrani kitabın “Kəmalud-din və təmamun-nimə” adını zikr etsə də, kitabın “İkmalud-din və itmamun-nimə” adlanmasını daha üstün tutur.[120]
Şeyx Səduq bu kitabın müqəddiməsində kitabın yazılma səbəbi haqqında danışarkən qeyd edir ki, Nişapur şəhərində olarkən onun yanına gələn bir çox insanın İmam Zamanın (ə) qeybdə olması ilə bağlı şübhələrinin olmasını görür və bu şübhələrə cavab verərək onları Peyğəmbər (s) və onun Əhli-beytindən (ə) İmam Zamanın (ə) qeybdə olacağı ilə bağlı nəql olunmuş hədislərlə tanış edir. Hətta Qum əhlindən olan və Buxaradan Nişapura gəlmiş elm və fəzilət əhli Şeyx Nəcməddin Əbu Səid Məhəmməd ibn Həsən Buxarada görüşdüyü fəlsəfə və məntiq əhli olan bir şəxsin ona İmam Zaman (ə) barədə, onun uzun çəkən qeybi və ondan bir xəbərin olmaması haqqında suallar verdiyini və bu sualların onu şəkkə saldığını Şeyx Səduqa bildirir. Şeyx Səduq onun suallarına qaneedici cavab verdikdən sonra Şeyx Nəcməddin Şeyx Səduqdan bu barədə kitab yazmasını istəyir və Şeyx Səduq da onun bu istəyinə müsbət cavab verərək bu kitabı qələmə alır.[121]
Müəllif kitabın müqəddiməsində kitabı İmam Rzanın (ə) ziyarətindən sonra Nişapur şəhərinə qayıdıb orada qaldığı müddətdə qələmə aldığını qeyd edir. Tədqiqatçılar Şeyxin bir neçə dəfə İmam Rzanın (ə) ziyarətinə getdiyini, onlardan ikisində Nişapur şəhərinə qayıdıb orada qaldığını vurğulayırlar. Buna görə də Şeyx Səduq “Kəmalud-din” kitabını ya h. 352-ci ildə, ya da h. 368-ci ildə qələmə almışdır.[122]
“Kəmalud-din” kitabı “Əhli-beyt maarifi” nəşrləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir.
“Məanil-əxbar” kitabı
Bu kitabı Şeyx Səduq,[123] Nəcaşi,[124] Şeyx Tusi[125] və İbn Şəhraşub[126] qeyd etmişdir. Ağabozorg Tehrani bu kitab haqqında belə yazır: “Şeyx Səduq bu kitabda hərflərin və sözlərin mənasını izah edən hədisləri zikr etmişdir”.[127]
“Məanil-əxbar” kitabı “Əhli-beyt maarifi” nəşrləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir.
“Mən la yəhzuruhul-fəqih” kitabı
Şeyx Səduqun ən məşhur kitablarından və fiqhi hökmlərin istinbatında əsas müraciət olunan dörd əsas kitabdan (“kutubu-ərbəə”dən) biri olan “Mən la yəhzuruhul-fəqih” kitabı.
Seyid Bəhrululum bu kitab barədə belə yazır: “Mən la yəhzuruhul-fəqih” kitabı məşhurluq və etibarlı olma baxımından günorta vaxtı görünən günəş kimi aydın olan “kutubu-ərbəə”dən (dörd kitabdan) biridir”.[128]
Böyük mühəddis Mirzə Hüseyn Nuri isə belə yazır: “Mən la yəhzuruhul-fəqih” kitabı hədis fənninin böyüklərinin şəhadətinə əsasən, “əl-Kafi” kitabından sonra kitabların ən səhihi və ən yaxşısıdır”.[129]
Şeyx Səduq bu kitabı yuxarıda qeyd etdiyimiz kimi, Mavəraünnəhrə etdiyi dörd ildən uzun sürən səfəri əsnasında yazmışdır. O, Bəlx vilayətinin İlaq qəsəbəsində Nimə ləqəbi ilə məşhur olan Məhəmməd ibn Həsən Ələvi ilə görüşmüş və aralarındakı söhbət əsnasında Məhəmməd ibn Həsən Ələvi ona zəmanəsinin böyük təbiblərindən olan Məhəmməd ibn Zəkəriyya Mutətabbib Razinin tibb barədə yazdığı kitab olan “Kitabu-mən la yəhzuruhut-təbib” (Yanında təbib olmayan şəxsin kitabı) barədə məlumat vermiş və kitabın elə adında qeyd olunduğu kimi əhatəli olduğunu bildirmişdir. Məhəmməd ibn Həsən Ələvi Şeyx Səduqdan şəriət hökmləri və halal-haram barədə nəql etdiyi hədislərin hamısını özündə ehtiva edən bir kitab yazmasını və adını da “Kitabu-mən la yəhzuruhul-fəqih” (Yanında fəqih olmayan şəxsin kitabı) adlandırmasını xahiş etmişdir. Səduq da onun bu istəyini yerinə yetirir.[130] Bu kitab elə səfər əsnasında yazılıb tamamlanmışdır. Çünki həmin kitabın bəzi nüsxələrində kitabın hədis mətni bitdikdə bu kitabın Bəlx bölgəsinin İlaq qəsəbəsində müəllif tərəfindən Məhəmməd ibn Həsənə oxunması qeyd edildikdən sonra hicri 372-ci ilin zilqədə ayı qeyd olunmuşdur.[131]
Şeyx Səduq kitabın müqəddiməsində qələmə aldığı bu kitab barədə belə deyir: “Bu kitabda digər müəlliflərin qəsd etdiyi kimi bütün hədisləri toplamağı qəsd etməmişəm. Əksinə, bu kitabda yalnız fətva verdiyim, səhihliyinə hökm etdiyim və mənimlə rəbbim arasında höccət olduğuna etiqad etdiyim hədisləri toplamağı qəsd etmişəm. Bu kitabda olan bütün hədislər etimad olunan və mənbə olan məşhur kitablardan götürülmüşdür”.[132]
Kitab 4 cilddən, 666 babdan, 5963 hədisdən ibarətdir. Bu hədislərin 3913-ü müsnəd[133], 2050-si isə mürsəldir[134].[135] Kitabdakı hədislərin 3-də 1 hissəsinin mürsəl olması alimlər arasında bu barədə ciddi araşdırma aparılmasına və müxtəlif elmi müzakirələrə səbəb olmuşdur. Bir çox alimlər müxtəlif dəlillər irəli sürərək bu kitabın mürsəl hədislərini ya bütünlüklə, ya da müəyyən bir qismini mötəbər bilmişlər.
“Sifatuş-şiə” kitabı
Bu kitabı Şeyx Səduq,[136] Nəcaşi[137] və İbn Şəhraşub[138] qeyd etmişdir.
Şeyx Səduq bu kitabda Əhli-beyt (ə) tərəfdarı olmaq və onların imamətini qəbul etmək mənasında olan şiəliyin xüsusiyyətlərini bəyan edən hədisləri toplamışdır. Təbii ki, bu kitabda qeyd edilən xüsusiyyətlərin bir çoxu şiə olmağın kamilliyini bəyan edən xüsusiyyətlərdir.
“Sifatuş-şiə” kitabı Şeyx Səduqun qələmə aldığı “Fəzailuş-şiə” adlı digər bir kitabla birgə “Şiənin fəzilət və xüsusiyyətləri” adı ilə “Əhli-beyt maarifi” nəşrləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir.
“Uyunu əxbarir-Rza” kitabı
Şeyx Səduq,[139] Şeyx Tusi[140] və İbn Şəhraşub[141] bu kitabı zikr etmişdir. Ağabozorg Tehrani kitab haqqında belə yazır: “İmam Rza (ə) barədədir. 139 babdan ibarətdir... (Şeyx Səduq) Bu kitabı vəzir Sahib İsmail ibn İbad Deyləminin İmam Əli ibn Musa Rzaya (ə) salam hədiyyə etmək barədə olan iki qəsidəsini ona verdiyi üçün qələmə almışdır”.[142]
“Uyunu-əxbarir-Rza” kitabı “Əhli-beyt maarifi” nəşrləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir.
“Tovhid” kitabı
Şeyx Səduqun qələmə aldığı “Tovhid” əsəri Allahın təkliyi anlamını daşıyan tövhid haqqında, həmçinin tövhidlə əlaqəli olan digər mövzuları - Allahın sifətləri və feilləri kimi müxtəlif mövzuları genişliklə əhatə edən möhtəşəm bir əsərdir. Bu əsər tövhid barədə qələmə alınmış və əlimizə gəlib çatmış ən qədim əsərlərdən biri olmaqla yanaşı, əhatə etdiyi mövzuların genişliyinə görə alimlərimizin tövhid barədə bizə gəlib çatmış kitabları içində misli olmayan bir kitabdır.
Kitab “Səduqun Tövhidi” (Tovhidus-Səduq) və ya “İbn Babəveyhin Tövhidi” (Tovhidu-İbn Babəveyh) adı ilə də məşhurdur. Şeyx Səduqun “Tovhid” kitabını qələmə almasını Şeyx Nəcaşi[143], Şeyx Tusi[144] və İbn Şəhraşub[145] qeyd etmişdir. Şeyx Səduqun özü də bir neçə əsərində qələmə aldığı bu kitaba işarə etmişdir. O özünün “Xisal” kitabında belə yazır: “Bu adların (Əsmaul-hüsnanın) təfsirini “Tovhid” kitabında qeyd etmişəm”.[146] O, “Məanil-əxbar” kitabında belə yazır: “Bu hədisin bütövünü “Tovhid” kitabında, “Qul huvəllahu əhəd” surəsinin təfsirində qeyd etmişəm”.[147] Başqa bir yerdə isə belə yazır: “Bu mənada olan hədisləri “Tovhid” kitabında qeyd etmişəm”.[148] “Əl-Etiqadat” kitabında isə belə yazır: “Bu barədə olan hədisi öz sənədi və şərhi ilə birgə “Tovhid” kitabında qeyd etmişəm”.[149]
“Tovhid” kitabı 67 babdan ibarətdir. Lakin bəzi təhqiqatçılar kitabın bir çox nüsxələrinin 66 babdan ibarət olduğunu, onların bir hissəsində 43-cü babın, digərlərində isə 49-cu babın özündən əvvəlki babla birgə verildiyini qeyd etmişlər.[150]
Kitabdakı hədislərin sayı isə 583 ədəddir.
Tovhid kitabına yazılmış şərhlər:
Şeyx Ağabozorg Tehrani özünün “əz-Zəriə” kitabında belə yazır:
“Bu kitabın çoxlu şərhləri var. Onlardan bir hissəsi bunlardır:
Mövla Məhəmmədbaqir ibn Məhəmməd Möminin şərhi (hicri 1090-cı ilə Məşhəddə vəfat edib). Fars dilindədir. Bu kitab Nəcəfdə Mövla Əli Məhəmməd Xansarinin kitabları içində mövcuddur.
Qazi Məhəmməd Səid ibn Məhəmməd Mufid əl-Qumminin şərhi (hicri 1049-cu ildə dünyaya gəlib, hicri 1103-cü ildən sonra vəfat edib). Bir neçə cilddir.
Qum şəhərinin sədarət naibi Əmir Məhəmməd Əlinin şərhi.
Mühəddis Cəzairinin “Unsul-vəhid”[151] adlı şərhi”.[152]
Şeyx Fəqan Məmmədov
Hadis.az
[1] Nəcaşi, Ricalun-Nəcaşi, səh. 389.
[2] Şeyx Tusi, Fehrest, səh. 442.
[3] Tövsif – vəsf etmək (tərc.)
[4] Seyid Məhəmmədmehdi Bəhrululum, Əl-Fəvaidur-ricaliyyə, c. 3, səh. 292.
[5] Məhəmməd ibn Əli Əsvəd Şeyx Səduqun hədis şeyxlərindən olub. Şeyx Səduq yuxarıdakı sənəddə olduğu kimi bu şəxsin adını qeyd etdikdə onun üçün “Allah ondan razı olsun” ifadəsini işlətmişdir. Bir qrup rical aliminə görə Şeyx Səduq kimi böyük mütəqəddim alimlərimizin hər hansısa bir hədis şeyxi üçün bu ifadəni işlətməsi həmin şəxsin siqə olmasını bildirir. Bax: Seyid Məhəmmədrza Sistani, Qabəsat min elmir-rical, c. 1, səh. 31; Buna əsasən də Məhəmməd ibn Əli Əsvəd siqə (etimad olunan) şəxs hesab olunur. Bu şəxsin siqə olması barədə Şeyx Abdullah Mamaqani “Tənqihul-məqal” adlı rical kitabında başqa dəlillər də qeyd etmişdir. Beləliklə, Şeyx Səduq yuxarıda qeyd etdiyi hadisəni etimad olunan şəxs vasitəsilə nəql edir. Yəni nəql olunan hadisə sənəd baxımından səhihdir.
[6] Məhəmməd ibn Osman Əmri İmam Zamanın (ə) kiçik qeybət dövründə ikinci səfiri idi.
[7] Şeyx Səduqun atası; Əli ibn Babəveyh zəmanəsinin böyük fəqihlərindən və tanınmış alimlərindən biri olmuşdur.
[8] Əbülqasim Ruhidən məqsəd İmam Zamanın (ə) kiçik qeybət dövründə üçüncü səfiri olan Hüseyn ibn Ruhdur.
[9] Şeyx Səduqun atası.
[10] Şeyx Səduqun adıdır.
[11] Şeyx Səduq, Kəmalud-din, c. 2, səh. 502.
[12] Əbu Abdullah ibn Babəveyhdən məqsəd Şeyx Səduqun qardaşı Hüseyn ibn Babəveyhdir. Aşağıda qeyd olunacaq xəbərdən məlum olacaq ki, İmam Zamanın (ə) duası ilə təkcə Şeyx Səduq deyil, həm də onun qardaşı dünyaya gəlmişdir.
[13] Şeyx Tusi, əl-Ğeybə, səh. 321.
[14] Şeyx Səduqun atası Əli ibn Babəveyh.
[15] Şeyx Səduq.
[16] Şeyx Səduqun qardaşı Hüseyn ibn Əli ibn Musa ibn Babəveyh. Zəmanəsinin tanınmış fəqihlərindən olmuşdur.
[17] Şeyx Səduq.
[18] Şeyx Səduqun qardaşı Huseyn ibn Babəveyh.
[19] Şeyx Tusi, Əl-Ğeybə, səh. 308.
[20] Şeyx Səduq.
[21] Nəcaşi, Ricalun-Nəcaşi, səh. 261.
[22] Seyid Məhəmmədmehdi Bəhrululum, Əl-Fəvaidur-ricaliyyə, c. 3, səh. 292.
[23] Seyid Əbülqasim Xoyi, Mucəmur-rical, c. 17, səh. 346.
[24] Ağabozorg Tehrani, Təbəqatu-əlamiş-şiə, c. 1, səh. 287.
[25] Şeyx Səduqun “əl-Etiqadat” əsərinin müqəddiməsi, “İmam Hadi” müəssisəsi, səh.16.
[26] Şeyx Səduq, Uyunu-əxbarir-Rza, c. 1, səh. 52; Şeyx Səduq, Məanil-əxbar, səh. 301.
[27] Rey məşhur və əsas tarixi şəhərlərdən biridir. Hal-hazırda Tehran şəhərinin bir hissəsidir.
[28] Şeyx Səduq, Əmali, səh. 233.
[29] Şeyx Səduq, Uyunu-əxbarir-Rza, c. 2, səh. 280
[30] Müəllif özünün “Uyunu-əxbarir-Rza” kitabının 2-ci cildi, 238-ci səhifəsində qeyd etdiyi hədisin sənədində belə yazır: “Əbu Tayyib Hüseyn ibn Əhməd ibn Məhəmməd Razi - Allah ondan razı olsun - (hicri) 352-ci ildə Nişapur şəhərində mənə belə nəql etmişdir...”; Həmçinin müəllif “Tovhid” kitabı, 36-cı bab, 6-cı hədisin sənədində belə qeyd edir: “Əbdülvahid ibn Məhəmməd ibn Əbdus Nisaburi Əttar - Allah ondan razı olsun - (hicri) 352-ci ildə Nişapurda mənə belə nəql etmişdir...”; Həmçinin həmin kitab, 63-cü bab, 4-cü hədisin sənədində belə qeyd edir: “Əbu Əli Hüseyn ibn Əhməd əl-Beyhəqi (hicri) 352-ci ildə Nişapurda mənə belə nəql etmişdir...”
[31] Müəllif “Uyunu-əxbarir-Rza” kitabının 1-ci cild, 99-cu səhifəsində belə qeyd edir: “Əbdülvahid ibn Məhəmməd ibn Əbdus Əttar Nisaburi (hicri) 352-ci ilin şaban ayında Nişapurda mənə belə nəql etmişdir...”
[32] Müəllif “Uyunu-əxbarir-Rza” kitabının 1-ci cild, 59-cu səhifəsində belə qeyd edir: “Əbülhəsən Əli ibn Sabit Dəvalini - Allah ondan razı olsun - (hicri) 352-ci ildə Mədinətus-səlamda (Bağdadda) mənə belə nəql etmişdir...”
[33] Nəcaşi, Ricalun-Nəcaşi, c. 1, səh. 389.
[34] Mühəddis Nuri, Mustədrəkul-vəsail, c. 21, səh. 264; Seyid Həsən Xırsan, “Mən la yəhzuruhul-fəqih” kitabının Nəcəf çapının müqəddiməsi, “sad” hərfi.
[35] Müəllif “Uyunu-əxbarir-Rza” kitabının 1-ci cild, 57-ci səhifəsində belə qeyd edir: “Əbu Əli Əhməd ibn Əbu Cəfər Beyhəqi Feyddə, Allahın evinin həccindən qayıdarkən (hicri) 354-cü ildə mənə belə nəql etmişdir...”
[36] Müəllif özünün bir çox kitabındakı isnadlarda hədisi Kufə şəhərində hədis şeyxlərindən birindən eşitdiyinə işarə etmişdir. Biz misal üçün bir-iki nümunə qeyd edirik:
“Əmali” kitabının 385-ci səhifəsində belə qeyd edir: “Məhəmməd ibn Əli ibn Fəzl Kufi Kufə şəhərində Əmirəlmömininin (ə) məscidində mənə belə nəql etmişdir...”
“Xisal” kitabının 1-ci cild, 115-ci səhifəsində belə qeyd edir: “Həsən ibn Məhəmməd Səkuni Muzəkki (hicri) 354-cü ildə Kufə şəhərində mənə belə nəql etmişdir...”
“Tovhid” kitabının 32-ci bab, 1-ci hədisində belə qeyd etmişdir: “Məhəmməd ibn Bukran Nəqqaş Kufə şəhərində mənə belə nəql etmişdir...”
[37] Müəllif “Tovhid” kitabının 2-ci bab, 34-cü hədisində belə deyir: “Əbu Abbas Fəzl ibn Fəzl ibn Abbas Kindi (hicri) 354-cü ildə Həmədan şəhərində mənə verdiyi hədis icazəsində belə nəql etmişdir...”
[38] Bax: Muhəddis Nuri, Mustədrəkul-vəsail, c. 21, səh. 264.
[39] Şeyx Səduqun “əl-Etiqadat” əsərinin müqəddiməsi, “İmam Hadi” müəssisəsi, səh. 55.
[40] Əmali - imlalar deməkdir. Bir çox hədis aliminin ”əmali” adında kitabı mövcuddur. Bu kitabdan məqsəd müxtəlif hədis məclislərində müəllifin dərsində hazır olan şəxslərə imla dediyi, yəni deyib yazdırdığı mətləblərdir. Bu səbəbdən də bu kimi kitablar müxtəlif məclislərdən ibarət olur və adətən həmin məclislərin tarixi qeyd olunur.
[41] Şeyx Səduq, Əmali, səh. 5.
[42] 24-cü məclisin tarixi hicri 367-ci ilin şəvval ayının 3-ə, çərşənbə axşamına təsadüf edir. Bax: həmin mənbə, səh. 112.
[43] Həmin mənbə, səh. 118 və 122.
[44] Həmin mənbə, səh. 126, 27-ci məclis.
[45] Həmin mənbə, səh. 654, 94-cü məclis.
[46] Bax: həmin mənbə, səh. 608, 89-cu məclis. Bəzi təhqiqatçılar Şeyx Səduqun bu iki səfər arasında Rey şəhərinə qayıtmadığını, Nişapur şəhərində qaldığını bildirmişlər və buna dəlalət edən bir neçə şahid qeyd etmişlər. Bax: Şeyx Səduqun “əl-Hidayə” kitabının müqəddiməsi, “İmam Hadi” müəssisəsi, səh. 113, haşiyə 1.
[47] Şeyx Səduq, Əmali, səh. 653.
[48] Mavəraünnəhr - iki çay arası deməkdir. Orta Asiyada tarixi bölgə adıdır. Sırdərya ilə Amudəryanın arası nəzərdə tutulur.
[49] İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhərdir. Türkmənistan sərhədində yerləşir.
[50] Bəzi qaynaqlarda Mərvi-Şahcəhan adlanan bu şəhər Türkmənistanda yerləşən bir çöl şəhəridir. Bir zamanlar Böyük Səlcuqlu dövlətinin paytaxtı olmuşdur.
[51] Tarixi şəhərdir. Hal-hazırda təqribən Türkmənistan və Əfqanıstan sərhədində yerləşir. Bu şəhərə Kiçik Mərv də deyilirdi.
[52] Hal-hazırda Əfqanıstanda Bəlx vilayətinin mərkəzidir. Məzari-Şərif şəhərindən 20 km uzaqlıqda yerləşir.
[53] Özbəkistanın cənubunda yerləşən tarixi şəhərdir. Özbəkistanın paytaxtı Daşkənddən 275 km cənub-qərbdə yerləşir.
[54] Özbəkistanda yerləşən tarixi vilayət adıdır.
[55] Özbəkistanda yerləşən bir şəhərdir. Şərqi Özbəkistanda Fərqanə vadisində yerləşir. Qırğızıstan və Tacikistan sərhədlərindədir.
[56] Fərqanə şəhərinin yaxınlığında bir qəsəbə adıdır.
[57] Bax: Şeyx Səduq, Kəmalud-din, səh. 15.
[58] Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, c. 1, səh. 2.
[59] Həmin mənbə, c. 4, səh. 539 və haşiyəsi.
[60] Nəcaşi, Ricalun-Nəcaşi, səh. 392.
[61] Abdullah Mamaqani, Tənqihul-məqal, c. 3, səh. 155.
[62] Şeyx Abbas Qummi, Tətimmətu-muntəhəl-amal, c. 3, səh. 431.
[63] Məhəmmədbaqir Xonsari, Rovzatul-cinan, c. 6, səh. 141.
[64] Şeyx Tusi, Fehrest, səh. 443, 710-cu rəqəm; Əllamə Hilli, Xülasətul-əqval, səh. 147.
[65] Nəcaşi, Ricalun-Nəcaşi, səh. 389-392; Şeyx Səduqun “əl-Etiqadat” əsərinin müqəddiməsi, “İmam Hadi” müəssisəsi, səh. 60.
[66] Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, c. 1, səh. 2.
[67] Bax: Nəcaşi, Ricalun-Nəcaşi, səh. 389-392; Şeyx Səduqun “əl-Hidayə” kitabının müqəddiməsi, “İmam Hadi” müəssisəsi, səh. 168-204.
[68] Nəcaşi, Ricalun-Nəcaşi, səh.389.
[69] Şeyx Tusi, Fehrest, səh.443.
[70] İbn Şəhraşub, Məalimul-uləma, səh.112.
[71] Əbulfəzl Babuli, Rəsailun fi dirayətil-hədis, c.1, səh.389.
[72] Ağabozorg Tehrani, Əz-Zəriə, c. 20, səh.252.
[73] Nəcaşi, Ricalun-Nəcaşi, səh.392.
[74] Şeyx Səduq, Xisal, c. 1, səh. 270.
[75] Şeyx Tusi, Fehrest, səh. 444; İbn Şəhraşub, Məalimul-uləma, səh. 112.
[76] Bax: Ağabozorg Tehrani, Əz-Zəriə, c. 4, səh. 279.
[77] Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 522; Xisal, c. 1, səh. 68.
[78] Şeyx Tusi, Fehrest, səh. 443; İbn Şəhraşub, Məalimul-uləma, səh. 112.
[79] Şeyx Tusi, Fehrest, səh. 444; İbn Şəhraşub, Məalimul-uləma, səh. 112.
[80] Ağabozorg Tehrani, Əz-Zəriə, c. 10, səh. 83.
[81] Nəcaşi, Ricalun-Nəcaşi, səh. 391.
[82] Nəcaşi, Ricalun-Nəcaşi, səh. 390-391.
[83] Ağabozorg Tehrani, Əz-Zəriə, c. 16, səh. 374.
[84] Şeyx Tusi, Fehrest, səh. 201.
[85] Nəcaşi, Ricalun-Nəcaşi, səh. 392.
[86] Həmin mənbə, səh. 390.
[87] Həmin mənbə.
[88] Həmin mənbə.
[89] Həmin mənbə, səh. 391.
[90] Həmin mənbə.
[91] Həmin mənbə, səh. 392.
[92] Əllamə Məclisi, Biharul-ənvar, c. 1, səh. 6.
[93] Hürr Amili, Əməlul-amil, c. 2, səh. 284.
[94] Şeyx Tusi, Fehrest, səh. 444.
[95] İbn Şəhraşub, Məalimul-uləma, səh. 112.
[96] Ağabozorg Tehrani, Əz-Zəriə, c. 2, səh. 226.
[97] Şeyx Tusi, Fehrest, səh. 444.
[98] İbn Şəhraşub, Məalimul-uləma, səh. 112.
[99] Nəcaşi, Ricalun-Nəcaşi, səh. 389.
[100] Ağabozorg Tehrani, Əz-Zəriə, c. 19, səh. 354.
[101] Ağabozorg Tehrani, Əz-Zəriə, c. 16, səh. 260.
[102] Nəcaşi, Ricalun-Nəcaşi, səh. 391.
[103] Şeyx Tusi, Fehrest, səh. 444.
[104] İbn Şəhraşub, Məalimul-uləma, səh. 112.
[105] Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 347.
[106] Şeyx Səduq, Uyunu-əxbarir-Rza, c. 1, səh. 52.
[107] Nəcaşi, Ricalun-Nəcaşi, səh. 389.
[108] Şeyx Tusi, Fehrest, səh. 443.
[109] Bax: Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, c. 1, səh. 215; Şeyx Səduq, Uyunu-əxbarir-Rza, c. 2, səh. 86.
[110] İbn Şəhraşub, Məalimul-uləma, səh. 112.
[111] Bax: Şeyx Səduq, İləluş-şərayi, c. 2, səh. 533.
[112] Nəcaşi, Ricalun-Nəcaşi, səh. 389.
[113] Şeyx Tusi, Fehrest, səh. 444.
[114] İbn Şəhraşub, Məalimul-uləma, səh. 112.
[115] Nəcaşi, Ricalun-Nəcaşi, səh. 389.
[116] Şeyx Tusi, Fehrest, səh. 444.
[117] İbn Şəhraşub, Məalimul-uləma, səh. 112.
[118] Bax: Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, c. 4, səh. 180; Şeyx Səduq, Xisal, c. 1, səh. 187; Şeyx Səduq, Uyunu-əxbarir-Rza, c. 1, səh. 54.
[119] İbn Şəhraşub, Məalimul-uləma, səh. 112.
[120] Ağabozorg Tehrani, Əz-Zəriə, c. 18, səh. 137.
[121] Bax: Şeyx Səduq, Kəmalud-din, səh. 15.
[122] Bax: Şeyx Səduqun “əl-Hidayə” kitabının müqəddiməsi, “İmam Hadi” müəssisəsi, səh. 191.
[123] Bax: Şeyx Səduq, Xisal, c. 1, səh. 84; Uyunu-əxbarir-Rza, c. 1, səh. 320.
[124] Nəcaşi, Ricalun-Nəcaşi, səh. 390.
[125] Şeyx Tusi, Fehrest, səh. 444.
[126] İbn Şəhraşub, Məalimul-uləma, səh. 112.
[127] Ağabozorg Tehrani, Əz-Zəriə, c. 21, səh. 204.
[128] Seyid Məhəmmədmehdi Bəhrululum, Əl-Fəvaidur-ricaliyyə, c. 3, səh. 299
[129] Mühəddis Nuri, Mustədrəkul-vəsail, c. 22, səh. 5.
[130] Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, c. 1, səh. 2.
[131] Həmin mənbə: c. 4, səh. 539 və haşiyəsi.
[132] Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, c. 1, səh. 3.
[133] Müsnəd hədis – hədisin ravilər zəncirindən ibarət olan sənədinin məsuma yetişənədək heç bir qopuqluğunun olmadığı hədisə deyilir.
[134] Mürsəl hədis - hədisin ravilər zəncirindən ibarət olan sənədinin məsuma yetişənədək ya tamamının, ya da bir hissəsinin qopuq olduğu hədisə deyilir.
[135] Seyid Həsən Xırsan, “Mən la yəhzuruhul-fəqih” kitabının Nəcəf çapının müqəddiməsi, “əlif və zad” hərfi.
[136] Bax: Şeyx Səduq, Xisal, c. 1, səh. 296.
[137] Nəcaşi, Ricalun-Nəcaşi, səh. 390.
[138] İbn Şəhraşub, Məalimul-uləma, səh. 112.
[139] Bax: Şeyx Səduq, İləluş-şəraye, c. 1, səh. 27.
[140] Şeyx Tusi, Fehrest, səh. 444.
[141] İbn Şəhraşub, Məalimul-uləma, səh. 112.
[142] Ağabozorg Tehrani, Əz-Zəriə, c. 15, səh. 375.
[143] Nəcaşi, Ricalun-Nəcaşi, səh. 389.
[144] Şeyx Tusi, Fehrest, səh. 444.
[145] İbn Şəhraşub, Məalimul-uləma, səh. 112.
[146] Şeyx Səduq, Xisal, c. 2, səh. 594.
[147] Şeyx Səduq, Məanil-əxbar, səh. 8.
[148] Həmin mənbə, səh. 371.
[149] Şeyx Səduq, Əl-Etiqadat, səh. 392.
[150] Seyid Haşim Hüseyni Tehraninin “Tovhid” kitabının “Camiətul-mudərrisin” nəşriyyatının çapına yazdığı müqəddimə, səh. 11.
[151] Seyid Nemətullah Cəzairinin Şeyx Səduqun “Tovhid” əsərinə yazdığı şərhin adı barədə müxtəlif görüşlər mövcuddur. Yuxarıda da qeyd etdiyimiz kimi Şeyx Ağabozorg Tehrani kitabın adını “Unsul-vəhid” olaraq qeyd edir. O, “əz-Zəriə” kitabında bu kitab haqqında məlumat verərkən belə yazır: “Seyid Nemətullah Cəzairinin “Zəhrur-rəbi” adlı kitabından belə məlum olur ki, kitabın adı “Ənisul-fərid”dir”. (Ağabozorg Tehrani, Əz-Zəriə, c. 2, səh. 369) Bəzi alimlər isə bu kitabın adının “Ənisul-vəhid” olduğunu qeyd edirlər. Buna dəlil isə müəllifin kitabın müqəddiməsində onun adını “Ənisul-vəhid” adlandırmasıdır (Seyid Nemətullah Cəzairi, Nurul-bərahin və ya Ənisul-vəhid, c. 1,səh. 37). Bu kitabın digər məşhur bir adı isə “Nurul-bərahin fi əxbarit-tahirin”dir. Şeyx Ağabozorg Tehrani Seyid Nemətullah Cəzairinin Şeyx Səduqun “Tovhid” əsərinə şərh olaraq yazdığı “Nurul-bərahin” kitabının yuxarıda adını qeyd etdiyimiz kitabla eyni olduğunu qeyd edir (Ağabozorg Tehrani, Əz-Zəriə, c. 24, səh. 363). Bəzi alimlər isə “Nurul-bərahin” kitabı ilə “Ənisul-vəhid” kitabının Seyid Nemətullah Cəzairinin “Tovhid” kitabına yazdığı iki ayrı şərh olduğunu qeyd etmişdir (Bax: Seyid Tayyid Cəzairinin Seyid Nemətullah Cəzairinin “Kəşful-əsrar fi şərhil-istibsar” kitabına yazdığı müqəddimə, “Kəşful-əsrar fi şərhil-istibsar”, c. 1, səh. 117 və səh. 231). Lakin bəzi mühəqqiqlər bu iki kitabın nüsxəsini uzlaşdırdığını və hər iki nüsxənin möhtəvasının eyni olduğunu, yalnız müqəddimələrinin fərqli olduğunu qeyd etmişdir. (Seyid Rəcainin “Nurul-bərahin” kitabına yazdığı müqəddimə, Nurul-bərahin, c. 1, səh. 33)
[152] Ağabozorg Tehrani, Əz-Zəriə, c. 4, səh. 482.
Qeyd olunan məsumlar
Istifadə olunan terminlər
Qeyd olunan kitablar
Tövsiyə olunan
Copyright 2025 Hadis.Az