Bəkr ibn Məhəmməd
Bəkr ibn Məhəmməd (بكر بن محمد)
İbn Əbdürrəhman ibn Nüeym Əzdi Ğamidi Əbu Məhəmməd. Siqədir. İmam Sadiq (ə), İmam Kazım (ə) və İmam Rzanın (ə) səhabələrindən olub. Əsli[1] var. “Təfsirul-Qummi” və “Kamiluz-ziyarat” kitablarında rəvayət nəql etmişdir. Şeyx Tusinin və Şeyx Səduqun ona yetişən sənədi səhihdir. Bəkr ibn Məhəmməd olaraq 32 rəvayət nəql edib. Onların bəzisi İmam Sadiqdəndir (ə). Bəkr ibn Məhəmməd Əzdi şəklində də 17 rəvayətdə adı keçib. Onların da bəziləri İmam Sadiq (ə) və İmam Kazımdan (ə) rəvayət olunub.
[1] Dörd yüz əsli kitaba işarədir.
Copyright 2025 Hadis.Az