Həsən ibn Səid
Həsən ibn Səid (الحسن بن سعيد)
İbn Həmmad ibn Mihran Əhvazi. Hüseyn ibn Səidin qardaşı, İmam Səccadın (ə) mövlasıdır[1]. İmam Rzanın (ə) və İmam Cavadın (ə) səhabələrindən olub. Siqədir. “Kamiluz-ziyarat” və “Təfsirul-Qummi” kitablarında rəvayət nəql edib. Şeyx Tusinin ona yetişən iki sənədi səhihdir. 70 rəvayət nəql edib. Həsən ibn Dəndan Əhvazi ilə eyni şəxsdir. Onun rəvayətlərindən bəziləri İmam Museyi-Kazımdan (ə), bəziləri isə İmam Cavaddandır (ə).
[1] Mövla sözü rical alimlərinin terminologiyasında əslən ərəb olmayan, əvvəl qul olmuş azad şəxs, bir qəbilədən olmayıb daim onlarla olan və ya onlarla yaşayan, bir şəxsin dostu və s. kimi mənalarda işlənir. Çox vaxt tək işlənəndə əslən ərəb olmayan şəxs nəzərdə tutulur. Burada isə ravinin İmam Səccaddan (ə) sonra yaşadığını nəzərə aldıqda daha uyğun gələn məna budur ki, ola bilsin, ravinin ata-babalarından biri İmamın (ə) qulu olmuş, daha sonra isə azad olaraq övladları da bu adla (İmam Səccadın (ə) mövlası) tanınmışdır. (tərc.)
Copyright 2025 Hadis.Az