İbrahim ibn Osman Yəmani

İbrahim ibn Osman Yəmani (إبراهيم بن عثمان اليماني)

İmam Kazimin (ə) səhabələrindəndir, kitabı var. Şeyx Tusinin “Rical”ında deyilir ki, İmam Baqir (ə) və İmam Sadiqdən (ə) hədis rəvayət edib. Mövla İnayətullahın nüsxəsində də bu şəkildə qeyd edilib. Osman kəlməsi, yəqin ki, yanlışlığa görədir və doğru olanı Ömərdir. Çünki İbn Davud, Şeyxin xətti ilə olan “Rical” kitabına malik olmasına baxmayaraq, onu qeyd etməyib. Eləcə də digər şəxslər onu qeyd etməyiblər. Əksinə, onlar hamısı İbrahim ibn Ömər Yəmanini qeyd ediblər. O isə siqədir.