İmam Baqir (ə)
İmam Baqir (ə)
Məhəmməd ibn Əli ibn Hüseyn (İmam Baqir (ə)) öz qardaşları arasından atası Əli ibn Hüseynin (ə) canişini və ondan sonrakı imam seçilmişdi. O, fəzilət, elm, pərhizkarlıq, şərəf və əxlaqında hamıdan üstün idi. Onun adı əhli-sünnə və şiələrin hamısının yanında uca, məqam və mərtəbəsi isə daha böyük idi. Ondan başqa Həsən (ə) və Hüseynin (ə) övladlarından heç kəsdə din elmi, əsərlər, rəvayətlər, Quran elmləri və müxtəlif fənlər zahir olmamışdı. Allah rəsulunun (s) dövründən onun zamanına kimi qalmış səhabələr, tabeindən olan böyük şəxslər, müsəlman alimlərinin böyüklərindən hamısı dini hökm və
təlimləri o şərəfli insandan rəvayət etmişlər. O, elm və fəzilətdə alimlərin öndə gələni və hamının dillər əzbəri idi. Şairlər və yazarlar onun elmi və biliyinin tərifinə şeirlər, yazılar yazmışlar.
İmam Baqir (ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmiş və hicrətin 114-cü ilində elə orada vəfat etmişdir. O Həzrətin şərafətli ömrü əlli yeddi il davam etmişdir. Onun nəsəbi iki tərəfdən Haşimə, həm də iki tərəfdən İmam Əliyə (ə) çatır (bundan əvvəl qeyd olundu ki, onun anası İmam Həsən Müctəbanın (ə) qızıdır) və müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbristanlığındadır.
روى ميمون القداح، عن جعفر بن محمد، عن أبيه قال: " دخلت على جابر بن عبد الله رحمة الله عليه فسلمت عليه، فرد علي السلام ثم قال لي: من أنت؟ - وذلك بعد ما كف بصره - فقلت: محمد بن علي بن الحسين، فقال: يا بني ادن مني، فدنوت منه فقبل يدي ثم أهوى إلى رجلي يقبلها فتنحيت عنه، ثم قال لي: إن رسول الله صلى الله عليه وآله يقرئك السلام، فقلت: وعلى رسول الله السلام ورحمة الله وبركاته، وكيف ذلك يا جابر؟ فقال: كنت معه ذات يوم فقال لي: يا جابر، لعلك أن تبقى حتى تلقى رجلا من ولدي يقال له محمد بن علي بن الحسين، يهب الله له النور والحكمة فأقرئه مني السلام "
Məymun Qəddah İmam Sadiqdən (ə) atasının (İmam Baqirin (ə)) belə buyurduğunu nəql edir: “Cabir ibn Abdullah Ənsarinin yanına gəldim. Salam verdim, o da salamımın cavabını verdi və daha sonra məndən soruşdu: “Sən kimsən?” (Bu əhvalat Cabirin gözləri kor olandan sonra baş vermişdi). Mən dedim: “Mən Məhəmməd ibn Əli ibn Hüseynəm”. Cabir dedi: “Oğul can, qabağa gəl!” Mən onun yaxınına getdim. Əlimi öpdü və daha sonra əyilib ayaqlarımı öpəndə (öpmək istəyəndə) kənara çəkildim (və bu işi etməyə qoymadım). Sonra o mənə dedi: “Həqiqətən, Peyğəmbər (s) sənə salam göndərib”. Mən
dedim: “Allahın salamı, rəhməti və bərəkəti Peyğəmbərə (s) olsun! Ey Cabir! Allahın rəsulu (s) mənə necə salam dedi?” O dedi: “Bir gün mən o Həzrətlə (Peyğəmbərlə) görüşmək şərəfinə nail olmuşdum. O mənə belə buyurdu: “Ey Cabir! Sən sağ qalacaqsan və hətta mənim övladlarımdan birini görəcəksən. Onun adı Məhəmməd ibn Əli ibn Hüseyndir. Allah ona hikmət nuru bəxş edəcək. (Ey Cabir,) salamımı ona çatdır”.
Möminlərin əmiri Əli (ə) öz oğluna vəsiyyətində Məhəmməd ibn Əli ibn Hüseynin (ə) adını çəkmiş və onun haqqında sifariş etmişdir.
Hədis və (bir çox) əsər sahibləri rəvayət etmişlər ki, Peyğəmbər (s) onu “Baqirul-ulum” (elmləri yaran) adlandırmış və bu adla tanıtdırmışdır.
وبما روي عن جابر بن عبد الله في حديث مجرد أنه قال: قال لي رسول الله صلى الله عليه وآله: " يوشك أن تبقى حتى تلقى ولدا لي من الحسين يقال له: محمد يبقر علم الدين بقرا، فإذا لقيته فاقرئه مني السلام "
Xüsusilə də, Cabir ibn Abdullah Ənsaridən bu barədə ayrı bir rəvayət nəql olunub. O deyir: “Peyğəmbər (s) mənə belə buyurdu: “Ümid var ki, sən yaşayasan və Hüseynin nəslindən olan övladlarımdan biri ilə görüşəsən. Onu adı Məhəmməddir. O, din elmini (elm dağını) yaracaq. Əgər onunla görüşsən, mənim salamımı ona çatdır”.
Atasından sonra İmam Baqirin (ə) imamlığına dair Peyğəmbər (s), Möminlərin əmiri Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) və İmam Əli ibn Hüseyndən (ə) bir çox rəvayətlər nəql olunmuşdur.[1]
İmam Baqirin (ə) övladları, onların adları və sayları haqqında qısa məlumat
Bundan əvvəl qeyd etdik ki, İmam Baqirin (ə) yeddi övladı var idi:
1. Əbu Abdullah Cəfər ibn Məhəmməd (İmam Sadiq) - Onun künyəsi Əbu
Abdullahdır;
2. Abdullah ibn Məhəmməd;
İmam Sadiqlə (ə) Abdullahın anasının adı Ümmü-Fərvədir. O, Qasim ibn
Məhəmməd ibn Əbu Bəkrin qızı idi.
3. İbrahim;
4. Abdullah;
Bunların hər ikisi İmam Baqir (ə) həyatda olanda, uşaq ikən dünyadan
köçüblər. Anaları Əsid ibn Müğeyrə Səqəfinin qızı Ümmü-Həkimdir.
5. Əli;
6. Zeynəb - anasının adı Ümmü Vələd idi;
7. Ümmü Sələmə - həmçinin onun da anasının adı Ümmü-Vələd idi.
Onun qardaşı Abdullah da şərafətli və hörmətli insan kimi tanınmışdır. Rəvayət olunub ki, o, Bəni-Üməyyədən olan bir nəfərin yanına getmişdi. Həmin şəxs onu qətlə yetirmək istəyəndə Abdullah belə dedi: “Məni öldürmə ki, Allah yanında sənə yardımçı olaram. Məndən əl çək ki, Allah dərgahında sənin xeyrinə köməkçi olum”. Bu sözlərdən məqsədi bu idi ki, o, Allah yanında şəfaətçidir (vasitədir) və onun şəfaəti qəbul olunur. Əməvilərdən olan həmin şəxs “Sən bu məqam və rütbədə deyilsən” – dedi və sonra onu zəhərləyib şəhid etdi.[2]
İmam Baqirin (ə) fəzilətlərinə aid bir neçə hədis
أخبرني الشريف أبو محمد الحسن بن محمد قال: حدثني جدي قال: حدثنا محمد بن القاسم الشيباني قال: حدثنا عبد الرحمن بن صالح الأزدي، عن أبي مالك الجنبي، عن عبد الله بن عطاء المكي قال: ما رأيت العلماء عند أحد قط أصغر منهم عند أبي جعفر محمد بن علي ابن الحسين عليهم السلام، ولقد رأيت الحكم بن عتيبة - مع جلالته في القوم - بين يديه كأنه صبي بين يدي معلمه
1 - Həsən ibn Məhəmməd (öz sənədi ilə) Abdullah ibn Əta Məkkidən belə nəql edir: “Alimlərdən heç birinin Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseynin (ə) qabağında özlərini daha kiçik və daha dəyərsiz (yəni özlərini daha da qiymətsiz hesab) etdikləri kimi kimsənin qabağında kiçilmələrini (heç kəsin qabağında bu qədər təvazökarlıq etmələrini) görmədim. Mən özüm camaat arasında o qədər böyük əzəmət və hörmət sahibi olan Həkəm ibn Üteybənin o Həzrətin (İmam Baqirin) önündə öz ustadının qarşısında oturmuş kiçik bir uşaq kimi oturduğunu gördüm.
(Elmin uca məqamında olan) Cabir ibn Yəzid Cufi İmam Baqirdən (ə) bir şey rəvayət etdiyi zaman belə deyərdi: “Mənə vəsilərin vəsisi (yəni canişinlərin canişini), peyğəmbərlərin elminin varisi olan Məhəmməd ibn Əli ibn Hüseyn (ə) rəvayət etdi”.
أخبرني الشريف أبو محمد الحسن بن محمد قال: حدثني جدي، عن يعقوب بن يزيد قال: حدثنا محمد بن أبي عمير، عن عبد الرحمن بن الحجاج، عن أبي عبد الله جعفر بن محمد عليهما السلام قال: إن محمد بن المنكدر كان يقول: ما كنت أرى أن مثل علي بن الحسين يدع خلفا - لفضل علي بن الحسين - حتى رأيت ابنه محمد بن علي فأردت أن أعظه فوعظني. فقال له أصحابه: بأي شئ وعظك؟ قال: خرجت إلى بعض نواحي المدينة في ساعة حارة، فلقيت محمد ابن علي - وكان رجلا بدينا - وهو متكئ عل غلامين له أسودين - أو موليين له - فقلت في نفسي: شيخ من شيوخ قريش في هذه الساعة على هذه الحال في طلب الدنيا! أشهد لأعظنه؟ فدنوت منه فسلمت عليه، فسلم علي ببهر وقد تصبب عرقا، فقلت: أصلحك الله، شيخ من أشياخ قريش في هذه الساعة على مثل هذه الحال في طلب الدنيا! لو جاءك الموت وأنت على هذه الحال؟!
2 - Həsən ibn Məhəmməd mənə (öz sənədi ilə) Əbdürrəhman ibn Həccacdan İmam Sadiqin (ə) belə buyurduğunu nəql etdi: “(Əhli-sünnə alimlərindən olan) Məhəmməd ibn Münkədir deyir: “İnanmazdım ki, Əli ibn Hüseyn (ə) (özündən sonra) elm və fəzilətdə özü kimi bir övlad yadigar qoymuş olsun. Oğlu Məhəmməd ibn Əlini gördüm. Ona nəsihət vermək və moizə etmək istədim, lakin o məni moizə etdi”. Səhabələri soruşdu: “O səni necə (və nə üçün) moizə etdi?” O dedi: “Hava çox isti olan vaxt Mədinənin ətrafındakı yerlərdən birinə tərəf gedirdim. Yolda Məhəmməd ibn Əli ilə rastlaşdım (və o, iri bədənli və kök idi). Onun qara qul, yaxud da qohumlarından olan iki nəfərin çiyinlərinə söykənməsini gördüm. Öz-özümə dedim: “Qüreyşin böyüklərindən olan bu şəxs belə isti havada və bu vəziyyətdə dünya malı qazanmaq üçün çölə çıxıb. İndi ona moizə və nəsihət edəcəm”. Sonra ona yaxınlaşıb salam verdim. O da dərindən nəfəs ala-ala və təri axan halda salamımın cavabını verdi. Mən ona dedim: “Allah işlərini islah etsin! Qüreyşin böyüklərindən biri belə isti havada və bu halda dünya malının tələbi (qazanmaq) üçün çölə çıxıb. Əgər indi ölümün(ün vaxtı) çatsa, sən də bu halda olsan, nə edəcəksən?” O Həzrət əllərini həmin iki qulun çiynindən götürdü və ayaq üstə durub belə buyurdu: “Allaha and olsun! Əgər ölümüm belə olan halda yetişsə, Allaha itaət etdiyim halda olarkən yanıma gəlmişdir. Mən bu vasitə ilə sənə və insanlara olan ehtiyacımı aradan qaldırıram. Şübhəsiz ki, mən Allaha itaət etməyən və məsiyət edən halda olan zaman ölümün gəlməsindən qorxuram”. Mən ondan bu cavabı eşidəndə dedim: “Allah sənə rəhm etsin! Sənə moizə və nəsihət etmək istədim, lakin sən məni moizə etdin”.
حدثني الشريف أبو محمد الحسن بن محمد قال: حدثني جدي قال: حدثنا أبو نصر قال: حدثني محمد بن الحسين قال: حدثنا أسود بن عامر قال: حدثنا حبان بن علي، عن الحسن بن كثير قال: شكوت إلى أبي جعفر محمد بن علي عليه السلام الحاجة وجفاء الإخوان، فقال بئس الأخ أخ يرعاك غنيا ويقطعك فقيرا " ثم أمر غلامه فأخرج كيسا فيه سبعمائة درهم وقال: " استنفق هذه فإذا نفدت فأعلمني
3 - Həsən ibn Məhəmməd (öz sənədi ilə) Həsən ibn Kəsirdən belə nəql edir:
“İmam Baqirə (ə) yoxsulluq, ehtiyac, dostlar və qardaşların vəfasızlığından
şikayət etdim (gileyləndim). İmam (ə) buyurdu: “İmkanın olan zaman sənin
haqqını saxlayan, yoxsulluq və ehtiyacın olan zaman səninlə öz dostluq ipini
(əlaqəsini) kəsən qardaş pis qardaşdır”. Sonra öz xidmətçisinə içində yeddi
yüz dirhəm olan pul kisəsini gətirməyi (və onu mənə verməyi) əmr etdi və
belə buyurdu: “Bunu xərclə və nə vaxt qurtarsa, mənə xəbər ver”.
)وقد روى (محمد بن الحسين قال: حدثنا عبد الله بن الزبير قال: حدثونا عن عمرو بن دينار و عبد الله بن عبيد بن عمير أنهما قالا: ما لقينا أبا جعفر محمد بن علي عليهما السلام إلا وحمل إلينا النفقة والصلة والكسوة، ويقول: " هذه معدة لكم قبل أن تلقوني "
4 – Məhəmməd ibn Hüseyn (öz sənədi ilə) Əmr ibn Dinar və Abdullah ibn Übeyd ibn Ümeyrdən belə nəql edir: “Biz Həzrət Əbu Cəfər Muhəmməd ibn Əli (ə) ilə görüşəndə o bizə yemək-içmək, paltar, pul gətirib verər və belə buyurardı: “Bu mənimlə görüşməmişdən əvvəl sizin üçün hazırlanmışdır”.
وروى أبو نعيم النخعي، عن معاوية بن هشام، عن سليمان بن قرم قال: كان أبو جعفر محمد بن عللي عليهما السلام يجيزنا بالخمسمائة درهم إلى الستمائة إلى الألف درهم، وكان لا يمل من صلة إخوانه وقاصديه ومؤمليه وراجيه
5 - Əbu Nəim Nəxəi Süleyman ibn Qərmidən belə nəql deyir: “İmam Baqir (ə) bizə beş yüz dirhəmdən tutmuş min dirhəmə qədər ehsan edərdi (yəni beş yüz dirhəmdən az verməzdi). O, qardaşlara, ona üz tutan, kəramətinə ümidvar olan və arzu edənlərə bəxşiş, ehsan etməkdən yorulmazdı”.[3]
Qeyd olunmuş məlumatlar Şeyx Mufidin Azərbaycan dilinə tərcümə olunmuş “əl-İrşad” kitabından götürülmüşdür.
Hadis.az
Copyright 2025 Hadis.Az