İsmayıl Cufi

İsmayıl Cufi (إسماعيل الجعفي)

“Təfsirul-Qummi”də rəvayəti var. Bəzən İsmayıl Cufi deyildikdə siqə olan İsmayıl ibn Cabir Cufi nəzərdə tutulur. Necə ki bir neçə yerdə belədir. Bəzən də həsən[1] olan İsmayıl ibn Əbdürrəhman Cufi nəzərdə tutulur. Hansı ki bəzi rəvayətlərdə də bu şəkildə gəlib. Buna əsasən də bəziləri deyib ki, əvvəldə qeyd edilən müəyyən yerlər istisna olmaqla, İsmayıl Cufidən nəql edilən bir çox yerlərdə ravinin kim olması barədə tərəddüddə qalır, hansı İsmayılın qəsd edildiyinə əmin olmuruq.

Seyid Xoyi deyir: “Əksini göstərən bir əlamət olmadıqda “İsmayıl Cufi” ibn Cabirə aid edilir. O, 89 rəvayət nəql edib. Onların bəzilərini İmam Baqir (ə) və İmam Sadiqdən (ə), bəzilərini isə onlardan (ə) birindən nəql etmişdir[2]. Şeyx Səduqun ona olan sənədi zəifdir”.


[1] Yəni təriflənmiş şəxsdir. Lakin siqə olması sübuta yetməmişdir.

[2] Belə ki, rəvayətdə “ikisindən biri dedi” və ya bu kimi bir ifadə işlənmişdir.