İsmayıl ibn Həmmam
İsmayıl ibn Həmmam (إسماعيل بن همام)
İbn Əbdürrəhman. Kindənin mövlası olub.[1] Siqədir. “Təfsirul-Qummi”də 15 rəvayət nəql edib. Həmin rəvayətlər İmam Kazımdan (ə) və İmam Rzadan (ə) nəql olunmuşdur. Şeyx Səduqun ona yetişən sənədi səhihdir. O, rəvayətlərin sənədlərində İsmayıl ibn Həmmam Əbu Həmmam, İsmayıl ibn Həmmam Əbu Həmmam Kindi, İsmayıl ibn Həmmam Kindi və İsmayıl ibn Həmmam Məkki şəklində də gəlmişdir. Eləcə də Əbu Həmmam olaraq da rəvayətləri var.
[1] Mövla sözü rical alimlərinin terminologiyasında əslən ərəb olmayan, əvvəl qul olmuş azad şəxs, bir qəbilədən olmayıb daim onlarla olan və ya onlarla yaşayan, bir şəxsin dostu və s. kimi mənalarda işlənir. Çox vaxt tək işlənəndə əslən ərəb olmayan şəxs nəzərdə tutulur.
Copyright 2025 Hadis.Az