Xəbər

Xəbər

Mühəddislər (hədis alimləri) arasında “xəbər” adətən hədislə sinonim olan eyni mənalı bir terminə deyilir. Bu sözün cəm forması “əxbar”dır. Bu sözün hədislə eyni mənada olmasına görə bir çox kitabların adında məhz “xəbər” sözündən istifadə edilmişdir. Əlbəttə, bunu da qeyd etmək lazımdır ki, xəbər hədis terminindən daha ümumi məna da ifadə edir. Məsələn, qeyri-məsumlardan nəql olunmuş kəlamlara da xəbər deyilir.