Bəkr ibn Saleh Razi

Bəkr ibn Saleh Razi (بكر بن صالح الرازي)

İmam Rzanın (ə) səhabələrindən olub. Nəcaşi deyir: “(İmam) Əbülhəsən Musadan (ə) rəvayət nəql edib. Zəifdir. “Nəvadir” adlı kitabı var”. Onun adı Bəkr ibn Saleh şəklində 89 rəvayətdə mövcuddur. Həmin rəvayətlər Əbülhəsən (ə), Əbülhəsən Əvvəl[1] (ə), Əbu Cəfər (ə) və Əbu Cəfər Sanidəndir[2] (ə). “Təfsirul-Qummi”də rəvayət nəql edib. Şeyx Tusinin və Şeyx Səduqun ona yetişən sənədləri səhihdir.


[1] Bu künyə İmam Museyi-Kazıma (ə) məxsusdur. Heç bir qeyd olmadan Əbülhəsən deyildikdə də əsasən İmam Kazım (ə) nəzərdə tutulur. Müəllif ya rəvayətlərdə hər iki şəkildə gəlib deyə, ya da Əbülhəsəndən qəsd edilən şəxsin digər bir imam ola biləcəyi ehtimalına görə bu şəkildə qeyd etmişdir.

[2] Əbu Cəfər Sani İmam Məhəmməd Təqiyə (ə) deyilir. Heç bir qeyd olmadan da İmam Məhəmməd Təqiyə (ə) Əbu Cəfər deyilir. Baxmayaraq ki bu şəkildə (qeydsiz Əbu Cəfər) əsasən İmam Baqir (ə) üçün işlənilir. Müsənnifin burada ayrı-ayrı qeyd etməsinin səbəbi ya rəvayətlərdə hər iki şəkildə qeyd edilməsinə görə, ya da “Tənqihul-məqal” kitabının müəllifi kimi Əbu Cəfərin burada İmam Baqir (ə), yoxsa İmam Məhəmməd Təqiyə (ə) aid olmasında tərəddüd etməsinə görədir.