Həriz ibn Abdullah
Həriz ibn Abdullah (حريز بن عبد الله)
Sicistani. Siqədir. İmam Sadiqin (ə) səhabələrindən olub. Bərqinin nüsxəsinə əsasən, Cərir (ibn Abdullah Sicistani) şəklində də qeyd edilib. “Kamiluz-ziyarat” və “Təfsirul-Qummi” kitablarında rəvayət nəql etmişdir. Kitabları var. Şeyx Səduqun ona yetişən dörd sənədi var. Onun sənədi Şeyx Tusinin “Fihrist”indəki sənədi kimidir, səhihdir. Ondan Həriz adı ilə 1320, Həriz ibn Abdullah adı ilə isə 131 rəvayət nəql olunmuşdur. Onun rəvayətləri Əbu Cəfərdən (İmam Baqir), Əbu Abdullahdan (İmam Sadiq), Əbu İbrahimdən (İmam Kazım), “ikisindən birindən”[1] və “onlardan”[2] (ə) şəklindədir.
Copyright 2025 Hadis.Az