Hədis elmi
Rical elmi
Etiqad
Hədis axtar
Kitabxana
Terminlər
TƏFSİR
Ana səhifə
/
Sual cavab
/
TƏFSİR
Sual ver
Səlamun ələykum. Quranın zahiri deyildikdə nə nəzərdə tutulur? "Quranın zahiri höccətdir" sözünün mənası nədir? Əxbarilər Quranın zahirini höccət bilmirdi yəni nə? Bəzi alimlərin kitablarında qeyd etdikləri bu cümlədə ("Əxbarilər Quranın zahirini höccət bilmirdi") hansı əxbarilər nəzərdə tutulur? Hürr Amili kimi alimlər ya başqaları?
Səlamun ələykum. "Quranı Quran ilə təfsir etmək" deyildikdə nə nəzərdə tutulur? Hədislərdə Quranın Quran ilə təfsir edilməsi qadağan olunduğu halda nə üçün bəzi alimlərimiz bunu icazəli bilirlər? Onlar bu hədisləri necə izah edirlər?
Allah öz rəhmət və mərhəməti ilə sizlərə xüsusi inayət etsin. Bu gün cəmiyyətdə müctəhidlərə təqlidin batil olmasını əllərində "şüar" edənlər aşağıda zikr edəcəyim iki ayəyə əsasən təbliğ edirlər; 1) Tövbə 31 2) Bəqərə 79 Bilmək istəyirəm bu ayələrin alimlərə təqlid etməklə əlaqəsi varmı? Bu ayələri Əhli-beyt ə.s imamları necə izah ediblər? Allah sizləri yerin-göyün bəlasından amanda saxlasın.
Salam dua ilə. "Əhli-sünnə" iddia edir ki, Nisa surəsinin 115 ci ayəsində qeyd olunan "möminlərin yolu" məsələsi sələflərin ardı ilə getməyə dəlildir. Bu ayəni haqq tərəfdarları olan Əhli - Beyt ə.s ardıcıllarına irad tuturlar; 1) Bu ayədə qəsd məhz sələflər, yəni, səhabələrdir.(Onların başa düşdüyü) 2) səhabələrin yolunu izləməyənlər (yəni, onların iddia etdiyi səhabə məktəbi) haqq yoldan azmışlardırlar və ayəyə əməl etmirlər. Nəticədə bu iddiaya görə Əhli beyt ə.s tərəfdarlarını bidətdə ittiham edirlər. Quran və Əhli-beyt ə.s göstərişlərinə görə bu ayədə məqsəd nədir? Ayədə qeyd olunan möminlərin yolunu Əhli beyt ə.s imamları özlərinə tətbiq ediblərmi?
Salam dua ilə. Bəziləri iddia edirlər ki, mübarək Quran'i-Kərimdə göstərilən Ənfal -41 xümsa aid olan ayə deyil, əksinə, Həşr surəsinin 6-7 ci ayələri xümsa dəlalət edir. Təbii ki, bununla belə, cəmiyyətdə əksər insanların ərəb bilgisinin "olmaması" səbəbi ilə, insanları aldatmış olurlar. Habelə, aşağıda qeyd olunan sualların cavabını Əhli beyt ə.s hədislərinə əsasən bilmək istəyərdim; 1. Quranda qeyd olunan Ənfal surəsinin 41-ci ayəsini Əhli beyt ə.s fərdləri xüms ayəsi kimi mütləq izah ediblər ya yalnız müharibədən gələn qənimətlərə aiddir? 2. Habelə, Həşr (6-7) surəsində qeyd olunan ayələr Əhli-beyt ə.s hədislərində Ənfal surəsinin 41-ci ayəsi ilə əlaqəli izah edilibmi?
1
Bütün bölmələr
Hədis axtar
Quran təfsiri
Məsumlar
Ravilər
Kitabxana
Sual-cavab
Terminlər
Dualar
Copyright 2025 Hadis.Az