HƏDİS

Əssalamu Aleykun qardaş, Həqiqətən mi, Hz.Əli (ə) yəhudi cin qadını çağırıb, onu Ümmü Gülsümün cildinə salıb öməri aldadmışdır? Bir nəfər İmam Sadiqə (ə) dedi: "Müxaliflər bizimlə mübahisə edir və deyirlər ki, Əmirəlmöminin e qızı Ümmü Gülsümü filankəsə (Ömərə) ərə vermişdir." İmam Sadiq (ə) həmin vaxt arxaya söykənmiş halda idi. Bu sözü eşidəndə dərhal oturdu və buyurdu: "Belə düşünənlər hidayət olunmamışlar. Əmirəlmöminin (ə) Ömərin qızı ilə evlənməsinə mane ola bilməyəcək qədər aciz olduğunu qəbul edirsinizmi? Bu iddia edənlər doğru yolda deyillər və haqdan uzaqdırlar." Sonra Imam (ə) əllərini bir-birinə vurdu və dedi: "Subhanallah! Əmirəlmöminin (ə) Ömərin bu istəyinə mane ola bilməzdimi? Bu iddiaçılar yalan deyirlər. Hadisə belə olmuşdur: Ömər Ümmü Gülsümü Əmirəlmöminindən istəmiş, lakin Əmirəlmöminin (ə) ona qızını verməkdən imtina etmişdir. Ömər bu dəfə Abbasa müraciət etmiş və onu təhdid edərək demişdir: 'Əgər mənimlə evlənməsinə razılıq verməsən, sənin "səqayə" (zəvvarlara su paylama) və Zamzam quyusuna olan nəzarətini əlindən alacağam.' Abbas, Əmirəlmömininə bu məsələni danışdı, lakin Əmirəlmöminin (ə) yenə də razı olmadı. Abbas dəfələrlə israr etdi. Nəhayət, Əmirəlmöminin (ə), Abbasın vəziyyətinin daha da çətinləşəcəyindən ehtiyat edərək bir plan qurdu. Nəcran bölgəsindən olan "Səhiyqə bint Cüreyrə" adlı yəhudi cin qadını çağırdı. Bu cin qadını Ümmü Gülsümün simasına salaraq, onu Ömərə göndərdi. Bu zaman Ümmü Gülsüm insanların gözündən gizləndi.." Cin qadın Ömərin yanında qaldı. Bir gün Ömər bu qadının davranışlarından şübhələndi və dedi: "Yer üzündə Haşimilərdən daha böyük sehrkar yoxdur!" Ömər bu məsələni insanlara açıqlamaq istədiyi bir vaxtda öldürüldü. Cin qadın Ömərin mirasını ələ keçirib Nəcran bölgəsinə qayıtdı. Bundan sonra Əmirəlmöminin (ə) Ümmü Gülsümü ortaya çıxardı. (Bihar əl-Ənvar, c.42, s.88, Mədinət əl-Məaciz, c.3, s.202, Xəraic və Cəraih, c.2, s.825, Hədiqət əş-Şiə, s.280, Vafi, c.21, s.111)